adalet.az header logo
  • Bakı 18°C
31 Oktyabr 2014 12:03
2817
MƏMLƏKƏT
A- A+

Novruz Aslanov seçicilərini qəbul edib - Foto

Milli Məclisin (MM) deputatı Novruz Aslanov oktyabrın 30-da seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib. Deputatın qərargahından Adalet.az-a verilən məlumata görə, İsmayıllı şəhərində yerləşən qərargahında hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən sosial məsələlərdən ibarət olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciətlər ediblər. Müalicə məsələləri ilə də bağlı müraciətlər də bu sıradan olub. Deputat qaldırılan məsələlərlə bağlı müvafiq addımların atılacağını bildirib.