QAZINA QAZ KƏSiM

ƏBÜLFƏT MƏDƏTOĞLU
32777 | 2007-12-01 06:36
Öncə onu deyim ki, yeyib-içən oğlanlar, yaxşı kişilər həmişə ağzının dadını bilir. Ağızlarının dadlarını bildiklərinə görə də dünyanın dadını çıxartmaqdan da geri qalmayıblar. Lap elə biri bizim rəhmətlik Nəcəf Bəy Vəzirov. Kişinin oğlu doğrudan bəy olub və elə bəy kimi də deyib ki, "Yeyəsən qaz ətini, görəsən ləzzətini".
   
   Hə, yadımdadır Qarabağ hadisələri başlamışdı, yəni Dağlıq Qarabağın sərhədləri daxilində "daş" müharibəsi gedirdi, yollar bağlanırdı, arada bir güllə səsləri də eşidilirdi. Adamların əhval-ruhiyyəsi günü-gündən çoxalır, narahaçılıqları artırdı. Belə bir məqamda Bakıda oturan hökumətin başbilənləri problemi çözməyin variantlarını işləyib axtarırdılar. Axtara-axtara da tapdılar və...
   
   Bizim Tuğ kəndinə ayda bir neçə maşın karvanı gəlirdi. Bu karvanlar özləri ilə müxtəlif ərzaq məhsullarından tutmuş, od və saman bağlamalarına qədər daşıyırdı. Hətta Kürdəmirdən bizim kəndimizə bir neçə maşın saman bağlaması da göndərmişdilər. Camaatın təsərrüfatına yardım üçün... Bunun ardınca hökumət bir az da işgüzarlıq nümayiş etdirib başladı kəndlərin sosial problemini çözməyə. Yollar asfaltlanır, işıq xətləri dəyişdirilir, gənc ailələrə yeni evlər tikilir, məktəb, xəstəxana bərpa olunur və yaxud da yenisi ilə əvəzlənirdi. Bir sözlə, ermənilər bizi daşlayır, güllə atır, biz də ki...
   
   Biz deyəndə ki, Bakıda oturan hökumətimiz tikinti-abadlıq işləri aparırdı. Hətta çox qısa bir müddət ərzində hardasa bir aya, ay yarıma indi Bakıda ehtiyacını duyduğum qazı gətirib çəkdilər Tuğa. 110 min əhalisi olan Füzuli rayonunun mərkəzində qaz yanmadığı halda, artıq Tuğda, eləcə də Dağlıq Qarabağın digər kəndlərində mavi qaz alovlanırdı. Vallah-billah, bu siyasətin kimin tərəfindən işlənildiyini, bunun kökündə kimlərin hansı marağının durduğunu bilmirəm, ancaq onda da, elə indi də şübhələrimə aydınlıq gətirəcək kimsəni də tapmamışam, məni başa salsın görüm onda bizə qaz lazım idi, yoxsa Dağlıq Qarabağ?
   
   Ola bilsin ki, bu sualın cavabını hərə bir tərəfə yozsun. Amma vallah, bugünkü hadisələrin inkişafına nəzər salanda görürəm ki, onda Tuğa lap qaz lazım olsa belə, biz qazdan qazla istifadə edə bilmədik. Yəni qaz adlanan enerjimiz, gücümüz loru dildə desəm, qazımız çatmadı ki, qazla baş kəsək. (Bu cümlələri yazdığım anda tələbə yoldaşım Vaqif mobil telefonuma zəng vurdu, amma danışmaq yadından çıxdı.

TƏQVİM / ARXİV