adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ÖZÜ VƏ SÖZÜ BÜTÖV ŞAİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
66055 | 2014-10-31 01:00

Noyabrın 2-də sevilən şairimiz Oqtay Rza 80 yaşa "Salam!" - deyəcək. Bütün yaradıcılığı boyu təbiətə, insanlara, onu əhatə edənlərə vurğunluğunu açıq şəkildə büruzə verən, həmin o qarşılıqlı istəkdən də könül rahatlığı qazanan şair Oqtay Rza əslində hamımız üçün doğmadı. Ona görə ki, o, təpədən dırnağa el-oba, xalq adamıdı. Hər yerdə arzulanır, hər yerdə gözlənilir və hər bir gözlənilən məclisdə də o, özünü olduğu kimi ifadə edir.
Mənə elə gəlir ki, Oqtay Rza 80 yaşın qapısını açdığı bu anlarda təkcə müdrikliyini diqqətə çatdırmır. O həm də gənclik həvəsini, ürəyinin ən kövrək pıçıltılarını yenidən kökləyir. Bu belə də olmalıdı. Həmişə intriqalardan, giley-güzardan, xəbislikdən uzaq dayanmış, bu cür hissləri özünə yaxın buraxmamış Oqtay Rza yaradıcılığında da elə səmimiyyətə, gerçəkliyə üstünlük vermişdir. Onun özü sözündə ifadə olunur, sözü də özündə. Yəni sözü və özü bir olan Oqtay Rza 80 yaşı bax beləcə, bizlərlə birgə qarşılayır. Mən də bu dəyərli insanı, bu sevilən şairi, Salyanı bu gün hər yerdə yorulmadan təbliğ edən, sevdirən, onu Azərbaycan sevgisinə çevirən Oqtay müəllimi ürəkdən təbrik edir və Oqtaylar içərisində öz yeri olan Oqtay Rzaya "yubileyin mübarək!"di - deyirəm.



TƏQVİM / ARXİV