adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Oktyabr 2014 11:28
3303
SİYASƏT
A- A+

Qubad İbadoğludan yeni təkliflər

Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayışa Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası adından təqdim edilən rəy hazırda mütəxəssislər tərəfindən araşdırılır. 
Bunu başqanlığa keçmiş namizəd, iqtisadçı alim Qubad İbadoğlu bildirib:

"Bu sənədə münasibəti  ifadə edən yekun mövqe və bundan sonrakı dövr üçün fəaliyyət istiqamətləri barədə təkliflər  noyabrın 8-də saat 17-də partiyanın mərkəzi qərargahında təqdim olunacaq."

Xatırladaq ki, bu gün Müsavat MNTK-sı tərəfindən yayılan rəydə Qubad İbadoğlu tərəfindən seçkilərə qədər və ondan sonrakı dövrdə pozuntularla bağlı irəli sürülən bir çox iddiaların əsassız olduğu vurğulanıb.