adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Oktyabr 2014 22:29
5521
MƏDƏNİYYƏT
A- A+

Şirvanşahlar sarayında “Nar ağacı” sərgisi keçirilib

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən "Şirvanşahlar saray kompleksi” muzeyində Azərbaycanın gənc rəssamlarının "Nar ağacı” sərgisi keçirilib.

Sərgi ölkəmizdə hər il qeyd olunan Nar  bayramına həsr edilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, ekspozisiyada 30-dan çox gənc rəssamın işləri nümayiş etdirilir. Müəlliflərin müxtəlif janrlarda yaratdığı bu əsərlərin hamısı - natürmortlar, peyzajlar və heykəllər nar süjeti ilə bağlıdır.

Nar Azərbaycanda qədimdən sevgi rəmzi hesab olunur. Buna görə sərgidəki işlərin çoxu məhz bu mövzuya həsr edilib.

Muzeyin direktoru Rəna Rzayeva sərgiyə gələnləri salamlayaraq qeyd edib ki, onlar Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və bu Mərkəzin nəzdində fəaliyyət göstərən "Sozvezdiye” yaradıcı gənclər klubu ilə birgə müxtəlif tədbirlər keçirirlər.

"Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, muzeyin direktoru Rəna Rzayeva və RİMM nəzdində fəaliyyət göstərən "Sozvezdiye” yaradıcı gənclər klubunun rəhbəri Münəvvər Muxtarova sərginin bütün iştirakçılarına xüsusi diplomlar təqdim ediblər.

Noyabrın 1-də qeyd edilən Nar Günündə "Park Bulvar” ticarət-əylənmə mərkəzində də "Nar ağacı” sərgisi açılacaq. Bu sərgi bir həftə davam edəcək.