adalet.az header logo
  • Bakı 11°C
30 Oktyabr 2014 18:39
7028
MARAQLI
A- A+

Vəzifə başında ölən dövlət başçıları - Siyahı

Bütün insanlar kimi dövlət başçıları da müxtəlif xəstəliklərdən, sağlamlıqları ilə bağlı problemlərdən əziyyət çəkirlər. Daim həkim nəzarətində olmalarına, çoxsaylı tibbi müayinələrdən keçmələrinə baxmayaraq, bəzən əcəl dövlət başçılarını da vəzifə başında yaxalayır. Adalet.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, vəzifə başında müxtəlif xəstəliklərdən vəfat edən dövlət başçılarının siyahısını təqdim edir.

Uqo Çaves – yoğun bağırsaq xərçəngi

1999-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ alan Uqo Çaves 14 il ərzində Venesuelanın prezidenti kürsüsündə qalıb. İlk dəfə 2011-ci ilin iyununda sağlamlığında problemlər yaranan prezident uzun müddət Kubada müalicə alıb. Lakin onun yoğun bağırsağında aşkar olunan metastatik rabdomiosarkom şişi artıq orqanizmin dərinliyinə nüfuz etdiyi üçün yalnız 2 il yaşamaq şansı qalmışdı. 2013-cü il martın 5-də 58 yaşlı Uqo Çaves xəstəliyin doğurduğu ürək tutmasından dünyasını dəyişdi.

Kosovo prezidenti İbrahim Ruqova – ağciyər xərçəngi

2002-ci ildə Kosovo prezidenti seçilən İbrahim Ruqova 80-ci illərin sonunda kosovalı albanların Serbiyaya qarşı apardıqları azadlıq mübarizəsinin əsas simalarından olub. 2002-ci ildə BMT-nin xüsusi nəzarətində olan Kosovo muxtar bölgəsində keçirilən seçkilərdə qalib gələrək prezident elan olunmuşdu. 2005-ci ildə isə onda ağciyər xərçəngi aşkar olunub. 2006-cı il yanvarın 21-də 62 yaşlı Kosovo prezident xəstəlikdən dünyasını dəyişib.

Franklin Ruzvelt – beyinə qan sızma

1933-cü ilin mart ayında ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayan Franklin Ruzvelt Amerika tarixinin ən məşhur prezidentlərindən sayılır. Gəncliyində polimelitdən əziyyət çəkən prezident ömrünün sona qədər əlil arabasından ayılmayıb. 3 dəfə ölkə prezidenti seçilən, ABŞ-ın İkinci Dünya Müharibəsi zamanı qalibiyyətli siyasət yürütməsində böyük rolu olan Ruzvelt 1945-ci il aprelin 12-də Corciya ştatının Uorm-Sprinqs şəhərində beyninə qaz sızması nəticəsində 63 yaşında vəfat edir. O, vəzifə başında xəstəlikdən vəfat edən sayca 3-cü ABŞ prezidentidir.

Uilyam Harrison – sətəlcəm, sarılıq

1841-ci il martın 4-də andiçmə mərasimi keçirilən yeni prezident Uilyam Harrison cəmi 32 gün ABŞ prezidenti səlahiyyətlərini icra edə bilib. Amerika tarixinin ən qısamüddətli prezidenti inauqurasiya mərasimi zamanı 2 saatlıq nitq söyləyərkən bərk soyuqlayıb. Soyuqdəymə sətəlcəm və plevritə çevrilib. Nəticədə, həkimlərin səyinə baxmayaraq sətəlcəm, sarılıq və qan zəhərlənməsindən eyni vaxtda əziyyət çəkən prezident aprelin 4-də dünyasını dəyişib. O, vəzifə başında ölən ilk amerikalı hesab olunur.

Uorren Hardinq – ürək tutması

ABŞ-ın 29-cu prezidenti Uorren Hardinq də vəzifə başında xəstəlikdən dünyasını dəyişən dövlət başçılarındandır. Seçkilərdə qalib gələrək 1921-ci ilin martından prezident səlahiyyətlərini icra edən Hardinq bütün ştatlar boyu yorucu səfərlər təşkil edir. Daim stress və hərəkətdə olan prezidentin sağlamlığı getdikcə zəifləməyə başlayır. 1923-cü il avqustun 2-də San-Fransiskoya səfəri zamanı 58 yaşlı Uorren kəskin infarkt keçirir və yerindəcə dünyasını dəyişir.

Lal Bahadur Şastri – miokard infarktı

Hindistanın 2-ci baş naziri Lal Bahadur Şastri 1964-cü il iyunun 9-da bu vəzifəyə təyin olunmuşdu. 1965-ci ildə Kəşmir uğrunda baş verən 2-ci Pakistan-Hindistan müharibəsini sülh yolu ilə həll etmək üçün baş nazir pakistanlı həmkarı ilə danışıqlar aparmaq üçün Sovet İttifaqına gəlmişdi. 1966-cı il yanvarın 10-da Hindistan və Pakistan arasında müharibəni dayandıran "Daşkənd bəyannaməsi” imzalanır. Bundan bir gün sonra isə 61 yaşlı Hindistanın baş naziri Şastri 4-cü dəfə keçirdiyi infarktdan dünyasını dəyişir.

İosif Stalin – beyinə qan sızma, iflic

1924-cü ilin yanvarında Vladimir Leninin vəfat etməsindən sonra uzun illər Sovet İttifaqına rəhbərlik edən İosif Stalin də ahıl yaşlarında xəstəlikdən vəfat edib. 1953-cü il martın 1-də sovet diktatorunun mühafizəçiləri onu Moskvadakı malikanələrindən birində huşsuz vəziyyətdə aşkar ediblər. Həkimlər keçirdikləri müayinədən sonra onun bədəninin sağ tərəfinin iflic olması ilə bağlı diaqnoz qoyurlar. Bir neçə gün ərzində nəfəs alma problemləri, insult və yaddaş itmələrindən əziyyət çəkən 74 yaşlı Stalin 1953-cü il martın 5-i axşam saatlarında beyinə qaz sızması nəticəsində dünyasını dəyişib. Lakin onun öz əcəli ilə deyil, yaxın çevrəsi tərəfindən zəhərlənməsi ilə bağlı fərziyyələr bu gün də səsləndirilməkdə davam edir.