adalet.az header logo
  • Bakı 18°C
30 Oktyabr 2014 18:11
5193
ƏDƏBİYYAT
A- A+

Türkiyədə 2400 yaşlı şeir tapıldı

Türkiyənin Muğla şəhərində Kral Hekatomnosun anıt məzarı yaxınlığında üzərində dövrün hökmdarına şeir yazılmış daş lövhə tapılıb. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 121 sətirlik şeirin təxminən 2400 il tarixi var.

Şeirlər hökmdar Hekatomnosun şərəfinə yazılıb. Burada kralın qəhrəmanlığı, adil olması, səxavətliliyi tərənnüm olunur. Şeirlərin müəllifi isə məlum deyil. Hazırda yazılar mütəxəssislər tərəfindən araşdırılır.

Kral Hekatomnos (hakimiyyətdə olduğu dövr e.ə 385-377-ölənə qədər) qədim Kariya dövlətinin hökmdarı olub. Həmin dövlətin daş qalıqları indiki Türkiyə ərazisində yerləşir.