adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Oktyabr 2014 18:05
5237
MƏDƏNİYYƏT
A- A+

Naxçıvanın muxtariyyət ildönümü CAR-da qeyd ediləcək

Noyabrın 12-13-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilmiş "Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır” adlı klassik musiqi konserti keçiriləcək. 


Azərbaycanın CAR-dakı səfirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbir Azərbaycanın CAR-dakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, habelə CAR-da fəaliyyət göstərən "Azərbaycan Dostları” adlı qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilib.

Yohannesburq Filarmonik Orkestri istedadlı azərbaycanlı dirijor Yalçın Adıgözəlov, solistlər Səidə Tağı-zadə və Aleksey Miltyuxun iştirakı ilə Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və başqa korifeylərin yaradıcılığından klassik musiqiləri ifa edəcək. Konsert proqramına həmçinin Sevda İbrahimovanın ilk dəfə "Linder” konsert zalında səslənəcək "Etiraflar” adlı dünya premyerası daxil edilib.

Qeyd edək ki, bu il Yohannesburq Filarmonik Orkestri hər il təşkil edilən Qəbələ Musiqi Festivalında iştirak edib.