“İqbal Ağazadə bizə pul vermir”
"Bizim pulumuz olmadığı üçün bələdiyyə seçkilərində iştirak etməyəcəyik”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar
Cəlaloğlu deyib.
ADP sədri "Qarabağ” blokunda birgə təmsil olunduğu Ümid Partiyasının seçkiyə
gedəcəyini bildirib: "Seçkidə iştirak etmək üçün 60 dairədən, 500 subyektdən
900-dən yuxarı namizəd irəli sürməliyik. Bütün ölkəni gəzməli, sənədləri
hazırlamalı, təbliğat kampaniyası aparmalıyıq. Bunun üçün də böyük maliyyə
vəsaiti lazımdır. Bizim bu qədər pulumuz yoxdur. Ümid Partiyası dövlətdən
maliyyələşir. Onların pulu var, deməli, seçkiyə gedə bilərlər”.
S. Cəlaloğlu "Seçkidə birgə iştirak üçün malik olduqları vəsaitdən sizə kömək
etmələri üçün İqbal Ağazadə ilə danışıq aparmısınızmı?” sualına belə cavab
verib: "Pul versəydilər, bir yerdə gedərdik. Vermədikləri üçün biz seçkidə
iştirak etməyəcəyik. Belə bir danışıq, təklif də olmayıb”.
Lakin partiya sədri "Qarabağ” blokunun qüvvədə qaldığını deyib. Onun sözlərinə
görə, bu siyasi blokdur: "Seçkiyə birgə getsəydik, seçki bloku kimi
qeydiyyatdan keçəcəkdik. Biz getməsək də, "Qarabağ” siyasi blok olaraq qalır.
Müttəfiqliyimiz bundan sonra da davam edəcək”.
Digər Xəbərlər
19 Aprel 2024 18:44