Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ə Q İ D Ə Adalet.az | Ə Q İ D Ə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ə Q İ D Ə

14640    |   2007-12-01 06:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim günlərdə bəzi sözlər və anlayışlar ilkin mənasını bir qədər dəyişib. Bəs, görən əqidə deyəndə nəyi nəzərdə tuturuq, indi bu söz hansı tutuma malikdir? Ətrafımızda əqidə adamına tez-tez rast gəlmək mümkünmü? Onu da moda bilib, libas kimi hər mövsümdə dəyişənlər çoxaldıqca bəlalarımız da artır. Ona görə kiçiklərə böyüklük yox, böyüklərə kiçiklik etmək dəbdədir. Əyri qulaqlar düz sözü qəbul etmir. Hər dövr, ictimai-siyasi mühit öz ideologiyasını diktə edir, əksər insanlar da ona uyğun formalaşır. Bir vaxtlar Rusiyanın hansısa ucqar kəndində həyətlərindəki zirzəmidə gizlədilən taxıl çuvallarınn yerini bolşeviklərə göstərib atasını satan Pavlik Morozovu əqidəli pioner kimi sovet gənclərinə nümunə göstərərdilər. Otuzuncu illərdə Cavidin, Müşviqin üzünə duranları, duz-çörək kəsdikləri qonşularından, qohumlarından NKVD-yə donos yazanları qeyrətli vətəndaş, vətənpərvər adlandırırdılar. Almanlar gələndə polisay kimi xidmət göstərənlərə vaxtilə vətən xaini deyərdilər. Sovetlər dağılandan sonra onları kommunizmə qarşı mübarizlər kimi təqdim edənlər də tapıldı. Dedilər ki, onlar millətə yox, sosializm quruluşuna düşmən olublar. Sən demə, polisayların da öz əqidəsi var imiş, onlara "satqın" demək olmaz imiş. Rəhmətlik Mirzə Əli Möcüz demiş:
   
   "Mən nə bilim qarğa xoş
   
   avaz imiş,
   
   Bayquşa bayquş demək
   
   olmaz imiş".
   
    40-50-ci illərdə elə raykom katibləri olub ki, öləndə evlərində tabutun altına salmağa xalça tapılmayıb. 60-70-ci illərdə katiblər görmüşük ki, indiyə kimi nəvələri, nəticələri onlardan qalan mirasla rahat dolanır. Bir ölkənin, bir quruluşun içində hərəsinin öz zamanına uyğun həyat fəlsəfəsi, ona uyğun həyat tərzı, şəraitə görə əqidəsi olub. Bu karvanlar nə qədər sarvan görüb... Az gedib, çox gedib, dərə-təpə düz gedib, çox şeyi özlərinə yük edib harasa daşıyıblar, aparıblar. Bəlkə, hansısa ləziz təamlardan karvanbaşı daha çox dadıb. Başqaları problemlər səhrasında qızmar günəş altında yananda o, kölgəlikdə daldalanıb. Yollarını azdıqlarını belə anlamayıb. Bəziləri heç mənzil başına yetməmiş səhradamı, çöldəmi, kabinetdəmi, məhbəsdəmi vida edib bu dünyaya. Karvan qalıb, sarvanlar gedib. Gəlməkdən daha çətin imiş bu dünyadan adam kimi getmək...
   
   Tarixə düşmək, dünyada əbədi qalmaq hökmdarların ən böyük arzusu olub. Bunun üçün müharibələr, qətliamlar, xəyanətlər törədilib. Kimi ədalətli əməlləriylə, kimi zülmkarlığıyla öyünüb. Möhtəşəm şəhərləri yandırmaqla yaddaşlarda qalmaq, kəsilən başlardan qüllə ucaltmaqla əbədiyyətə qovuşmaq istəyənlər də məlumdur. Güclü, zəif hökmdarlar tez-gec saraylardan köç edir, hakimiyyət əvvəl axır dağılır, başqalarına keçir, sərhəd zolaqları vaxtaşırı dəyişir. Rəiyyətə zor tətbiqi, millətə hədə-qorxu gəlmə üsul-idarəsi kimlərinsə taxt-tacda qalma müddətini uzadıb da, azaldıb da, amma zülmkarın hakimiyyətinə inam, rəğbət, məhəbbət yaratmayıb. Dövlətə inam sosial ədalət prinsipi var olan cəmiyyətdə yaranar. Dövləti yaradan, hakimiyyəti quran, yaşadan insandırsa, ilk növbədə vətəndaşın aqibətini düşünmək, onun yaşam nəfəsciklərini geniş açmaq lazımdır. Azad insana rəhbərlik etmək qullar səltənətinin hakimi olmaqdan şərəflidir. Mütilik olan yerdə insani keyfiyyətlər göyə sovrular. Miskinlik də yoluxucu xəstəlik kimi, bəzən öz əhatə dairəsini artırar. Adətən çətin məqamlarda insan xarakterinin yaxşı-pis cəhətləri, nəzakət, nəcabət pərdəsi altında illərlə gizlənən pislikləri üzə çıxar. Ən ağıllı, tədbirli adamlar da ətrafındakı adamların əsl simasını ekstremal vəziyyətlərdə görə bilir. Bu, hər zaman belə olub, bazar iqtisadiyyatına keçiddən sonra da belədir. Keçid dövrü də keçib qurtarmır. Çünki bizdə bazar münasibətlərini iqtisadiyyatdan daha çox insani münasibətlərdə tətbiq edirlər. Qanunla bizim məmurlar bizneslə məşğul ola bilməzlər. Əslində, bu düz qərardır. Məmurun konkret məşğul olası vəzifəsi var. Nə qədər vəzifə sahibi öz vəzifə yükünü daşımaqdansa, vəzifənin verdiyi imtiyazlardan qazanan sərvətini daşımaqla məşğuldur. Sovet dövründə də ticarətçilərə, hüquq-mühafizə orqanları işçilərinə maşın almaq, bağ, kooperativ mənzil sahibi olmaq məsləhət deyildi. Onlar da bu əmlakı yaxın qohumlarının adına alıb, sonradan öz halal malları kimi istifadə edərdilər. Hamı bu oyunun nə olduğunu bilərdi. Amma hər kəs mövcud qaydaları gözlərdi. Nazirlər eyni kostyumdan, eyni ayaqqabıdan bir neçəsini alardılar ki, kənardan baxan "gündə əyin-baş dəyişir" deməsinlər. Katib xanımları toy şənliklərinə gedəndə üst-başlarına ərləri nəzarət edərdi ki, zinət əşyaları göz qamaşdırmasın. Axı, ayıb idi. İctimai rəylə o vaxt hamı hesablaşardı. Çox şeylərin üstü abır-həya pərdəsi ilə örtülərdi. İndi bəzi nazirlərın villalarına xarici milyonerlər belə həsəd aparar. Xanımlarının gözəllik salonlarına xərclədikləri parayla neçə ailə saxlamaq olar. İfrat dərəcədə bahalı əşyalardan, geyimlərdən, hədiyyələrdən, toy-düyündən, ailə şənliklərindən mən hələ danışmıram. İndiki məmurların bir qismi biznes sahəsində yetişən adamlardır. Dövlət qulluğunda vəzifə sahibi olandan sonra iş həyatlarıyla vidalaşacaqlarına tövbəmi etdilər? Sahib olduqları şirkətləri adlarından çıxarsalar da gündəlik nəzarətlərindən silməyəcəklər. Axı, onlar təkcə iş deyil, həm də müəyyən əqidə adamlarıdır. Amma hansı əqidənin? Belələrinə yüksək səlahiyyət sahibi olmaq, hər şeydən öncə şəxsi biznes fəaliyyətlərini genişləndirmək, daha da gücləndirmək üçün fürsətdir. Parasız məmurun günü qaradır.
   
    Əvvəllər kəndlinin balası ucsuz-bucaqsız pambıq, üzüm sahələrinə fərəhlə tamaşa edib qürrələnərdi ki, bu torpaqlar bizim rayonundur, kolxozundur, sovxozundur, bir sözlə, hamımızındır. İndi barmağını o istiqamətə tuşlamağa da qorxur. Soruşan tapılar ki, özgənin malında nə işin var? Torpaqlar bölünüb, əmilərin, xalaların, bibilərin arasında. zgənin pay torpağına göz dikmə, bala, gözünü çıxararlar. Yaxşı, bəs sabah müharibə olsa, sən hansı torpaqları qoruyacaqsan? Vətənin payına dağlar-daşlar, sıldırım qayalıqlar qalıb. Hər yan özəlləşir. Şükr et ki, hələ səma özəlləşməyib, havaya vergi qoyan tapılmayıb. İstədiyin qədər nəfəs al, köks ötür.
   
    Sovet dövründə yaxşı bir ənənə vardı. Mətbuatın yazdıqlarına yuxarılarda münasibət bildirərdilər. Problem qaldırılanda, vəzifəli adamın nalayiq hərəkətlərini jurnalist hədəfə alanda məsələnin ciddiliyindən asılı olaraq, həmin yazı partiya təşkilatında müzakirə olunardı. Hər şikayət məhkəmələrdə araşdırılmazdı. İctimai qınaq tərbiyəvi əhəmiyyət kəsb edərdi. İlk partiya təşkilatında adi şifahi töhmətin də şiddəti böyük idi. İndi partiyaların sayı çox, təsiri az. Bir təşkilatdan çıxan və ya çıxarılan "mən istefa verdim" deyib, o birinə keçir. Elə bil bir mənzilin içində otağı dəyişir. Partiya mənsubiyyəti əqidə varlığından xəbər vermir, belə olan halda ictimai sığınacaq anlamıına gəlir. Böyük bucaq altında asanlıqla dönmələr də burdan qaynaqlanır. İnsanların birliyi ideya ətrafında olmalıdır. Kütləni birləşdirən böyük ideyalardır. Fəqət, böyük ideyaların da böyük daşıyıcıları olmalıdır. Şəxsiyyət qıtlığı olan yerdə partiya çoxluğu toplumu daha da parçalar. Doxsanıncı ilin əvvəllərində, o böhranlı günlərdə xalq niyə Heydər Əliyev ətrafında birləşdi? Ona görə ki, böyük həyat və dövlətçilik məktəbi keçmış Lider fenomenal şəxsiyyət idi. Ona inanırdılar, ardınca gedirdilər. Azərbaycan ədəbi-bədii dili əsrlərlə formalaşıb. Amma müasir ictimai-siyasi nitq lüğətimizi, mədəniyyətimizi məhz O yaratdı. Dövlətçilik dilimizi işlək vəziyyətə O gətirdi. O, adi fikri elə səsləndirərdi ki, eşidənlər sözün sehrinə düşər, səfərbər olardı. O, sözü, sözsə Onu qüdrətli etmişdi. Dediyi sözlər təpərli, kəsərliydi. Çünki hər sözünün altında əməl dayanmışdı, mövqe vardı. Nəyi nə zaman deyəcəyini, həlledici addımı hansı məqamda atacağını, hakimiyyət nərdivanında kimi qaldırıb, kimi düşürəcəyini onun qədər dəqiq bilən görmədim. Dövlətçilik,millətçilik, azərbaycançılıq! Bu idi onun əqidəsi, amalı. Çoxillik gərgin əməyinə verilən orden-medallarla, mükafatlarla təbii ki, sevinərdi, amma onlarla fəxr etməzdi. Fəxr etdiyi bir tək şey vardı. Bu haqda özü belə deyərdi:
   
   "Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam!"
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK