adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Oktyabr 2014 15:24
5864
KRİMİNAL
A- A+

Qanunsuz yolla Bakıya dərman gətirilməsinin qarşısı alınıb

Qaçaqmalçılıq yolu ilə külli miqdarda dərman preparatlarının Malayziya-Özbəkistan-Azərbaycan marşrutu ilə Bakıya gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Bakıya gələn Rusiya Federasiyasının vətəndaşı Maqomed Qazimaqomedovu saxlayıblar. Ona məxsus baqaja və əl yüklərinə baxış keçirilib. M. Qazimaqomedovun çamadanından və əl çantalarından 2496 kapsul 450 milliqramlıq "Phyto Andro for Him” adlı dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.