adalet.az header logo
  • Bakı 20°C
30 Oktyabr 2014 15:01
5397
KRİMİNAL
A- A+

Rusiyada azərbaycanlılardan ibarət dəstə ələ keçib

Sankt-Peterburq şəhərinin yaxınlığında yerləşən Puşkin şəhərində 3 nəfər azərbaycanlıdan ibarət mütəşəkkil cinayətkar dəstə yaxalanıb. Adalet.az Modern.az-a istinadən xəbər verir ki, cinayətkarların maşını yol polisi tərəfindən saxlanılan zaman onlar qəfildən maşını işə salaraq ərazidən uzaqlaşmağa cəhd ediblər. Tabel silahından istifadə edərək maşının təkərlərinə atəş açan polislər sonda onların 3-nü də i həbs edib. Peterburq polisinin rəsmi məlumatına görə, azərbaycanlılarin yaşları 28 ilə 31 arasında olub.

Yaxın saatlarda həmyerlilərimiz barədə cinayət işinini açılması gözlənilıir.