adalet.az header logo
  • Bakı 18°C
30 Oktyabr 2014 14:45
4134
DÜNYA
A- A+

Rusiya yenidən sanksiyalarla hədələndi

Rəsmi Moskva tanınmamış Donetsk və Luqansk respublikalarında keçiriləcək seçkiləri tanıyacağı təqdirdə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb noyabrın 2-də Donbasda keçiriləcək seçkilərdir. Avropa İttifaqı, üstəlik sanksiyaları sərtləşdirmək istiqamətində tükənməz imkanlarının olduğunu da diqqətə çatdırıb.

İttifaq bu seçkini Minsk razılaşmasına və Ukrayna qanunlarına zidd hesab edir. İttifaq ölkələri Rusiyanın bu seçkilərin legitimliyini tanıması ilə böhranın dondurulmuş münaqişə halına keçməsinə şərait yaradacağından narahatdır.