adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Oktyabr 2014 14:09
5385
KRİMİNAL
A- A+

Gəncədə axtarışda olan şəxs tutulub

Gəncədə odlu silahla şəhər sakinini yaralayan şəxs saxlanılıb. Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də ov tüfəngindən atəş açaraq Sənan Qurbanovu yaralayıb hadisə yerini tərk etmiş Qalib Cəfərov tutulub. Saxlanılan şəxsdən hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.
Faktla bağlı arardırma aparılır.