adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2014 14:09
2610
GÜNDƏM
A- A+

Prezident Xorvatiya Baş nazirinin müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirildi və bu baxımdan "Cənub” qaz dəhlizinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.