adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Oktyabr 2014 13:59
6078
MƏDƏNİYYƏT
A- A+

Əbülfəs Qarayev ciddi xəbərdarlıq etdi

"Dağlıq Qarabağın hər hansı mədəni marşruta daxil olması haqqında söhbət gedə bilməz”. Adalet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, münaqişəli məkanlarda turistlərin əmin-amanlığı və təhlükəsizliyi təmin oluna bilməz: "Ona görə də biz məsələni elə qoyuruq ki, heç bir ölkə müvafiq qanunların çərçivəsində öz təbliğat mexanizminə münaqişəli zonaların daxil olmasına imkan verməsin. Qonşularımıza da, digər regionlara da ciddi xəbərdarlıq etmişik ki, əgər Azərbaycan dövləti Qarabağda turizm təhlükəsizliyini təmin edə bilmirsə, deməli, heç bir digər ölkə ora qonaq gətirilməsi haqqında danışa bilməz”.