adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Oktyabr 2014 13:01
3538
MƏMLƏKƏT
A- A+

Sinoptiklərindən hava müjdəsi

Azərbaycanda nisbətən mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 13-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq, bəzi şimal və şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.