adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2014 13:00
3918
MƏMLƏKƏT
A- A+

Fazil Məmmədov Salyanda vətəndaşları qəbul edib

Vergilər naziri Fazil Məmmədov Salyanda vətəndaşları qəbul edib.

Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların planlaşdırılmış növbəti qəbulu zamanı F. Məmmədov Salyan şəhəri Heydər Əliyev mərkəzində Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul zamanı əsasən vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə əlaqədar 40-dan çox vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerində öz həllini tapdı, müraciətlərin bir qismi qeydə alındı, digərlər müraciətlərin araşdırılması üçün nazir tədəfindən müvafiq göstərişlər verilib.