adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Oktyabr 2014 17:56
7468
ƏDƏBİYYAT
A- A+

“Ulduz” jurnalının oktyabr sayı dərc olunub

Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Ulduz” jurnalının oktyabr buraxılışı oxucuların ixtiyarına verilib. Budəfəki "Ulduz”  şairə Sona Vəliyevanın ”Oxucu sözü ” adlı ekspert yazısı ilə açılır. Sona Vəliyeva sentyabır nörməsini çox diqqətlə, qayğıyla və peşəkarlıqla  incələyir. Jurnalda yer almış bütün müəlliflərin əsərlərinə öz fikrini bildirib.

"Şeir vaxtı”nın bu dəfəki qəhrəmanı  Əlişirin Şükürlüdür.

 Bu dəfə "özüylə söhbət”ləşən isə Cəlil Cavanşir oldu.

Filologiya elmlər doktoru Cəlal  Bəydili "Ənənəyə ehtiramla” yazdı.

Azərbaycanda qonaq olmuş Türk yazıçısı Harı Ataşın, burda gördüklərindən, qarşılaşdıqlarından təsirlənərək yazdığı  üç hekayəsi jurnalda yer alıb.

Jurnalda həmçinin, "Variasiya” müsabiqəsinin son qalibi ilə maraqlanmaq mümkündür.  

Ceyhun Musaoğludan yeni hekayə.   "16-cı vaqon”

Gənc şairlərin nəzərinə: Vaqif Yusifli sizdən yazıb.

Bu dəfə "Dərgidə kitab”ı olan Kənan Hacıdır. 

Vüsal Nuru "Ədəbiyyatın kor budağı” adlı yazısıyla dünya fantastik ədəbiyyat tarixinə ekskursiya edib.

"Ulduz” jurnalkı  bu sayında iki  yeni imza: 9 yaşlı Dəniz "Təbiət qızı” adlı nağılını, Bəhruz Niftəliyev şeirlərini oxuculara təqdim edir.

Həmişəki kimi bu dəfə də "Ulduz” öz oxucularını hədiyyəsiz qoymayıb. Jurnalın bu sayını alan oxuculara  Çingiz Abdullayevin  "Manipulyator” adlı kitabı  hədiyyə olunacaq.