adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Oktyabr 2014 17:24
10249
MARAQLI
A- A+

Yaponiya dünya xəritəsindən silinə bilər

Yaponiyada son dönəmlərdə rekord səviyyədə oyanmış vulkanları araşdıran alimlər qorxunc nəticəyə gəliblər. Alimlərin fikrincə, belə getsə Yaponiya dünya xəritəsindən silinə bilər. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Kobe Tədqiqat İnstitutunun araşdırmalarına görə, Kyuşu adasındakı irimiqyaslı vulkanlar bir-birinin ardınca oyansa, Yaponiya bir əsrə yer üzündən silinəcək. Tədqiqatlar göstərir ki, təkcə bir partlayışa 7 milyon insan odlu lavalar altında qala bilər. Partlayışdan sonrakı zəhərli qaz dalğası 127 milyonluq ada ölkəni bürüyəcək ki, bu da xeyli insanın ölümünə səbəb olacaq.

Alimlər, partlama ehtimalının 100-də bir olduğunu irəli sürsələr də, bu güman insanları rahatlaşdıra bilməyib. Belə ki, 1996-cı ildə 6500 nəfərin ölümünə səbəb olmuş Kobe vulkanının da oyanmasının ehtimalı 100-də bir idi, amma gerçək oldu.