adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Oktyabr 2014 16:45
36520
AVTOMABİL
A- A+

Bakıda bağlanacaq yollar - Siyahı

1-2 noyabrda Bakıda bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Adalet.az Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, 1-2 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək "Baku World Challenge 2014” yarışları ilə əlaqədar olaraq Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmələri tövsiyə olunur.