ANA SƏHİFƏ / Layihə

TƏKCƏ BALAKƏNLİLƏRİN DEYİL, HAMIMIZIN ŞƏHƏRİ...

25322    |   2014-10-28 01:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



(əvvəli ötən saylarımızda)

Qəbul imtahanlarında Liseyin, Nizami adına şəhər 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Gərəkli, Qullar kənd 1saylı, Qaravəli, Katex kənd 1 saylı, Kortala, Yeni Şərif, Meşəşambul, Poştbinə kənd 1 saylı, Bedağar kənd orta məktəblərinin məzunları daha yüksək nəticə göstərmişlər.
Təhsilin vacib komponentlərindən birinə çevrilmiş informasiya və kommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı xeyli iş görülmüşdür. Ümumtəhsil məktəblərində hər 19 nəfər şagirdə 1 komputer düşür. 11 məktəbdə 226 komputer sürətli internet şəbəkəsinə qoşulmuşdur.

Balakən səhiyyəsi bütün
istiqamətlərdə inkişaf edir

Əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində müsbət tendensiya davam etmişdir. Hesabat dövründə müxtəlif ixtisaslı həkimlərdən ibarət briqadalar daim ucqar kəndlərdə olmuş, əhali arasında həm müayinə, həm də tibbi maarifləndirmə işləri aparmışlar. Rayonun stasionarlarında 2955 xəstə müalicə almış, 599 cərrahiyə əməliyyatı aparılmışdır. 1021 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 nəfər çox uşaq doğulmuşdur. Uşaqların icbari dispanserizasiyası işi diqqət mərkəzində saxlanılmış, 2700 uşaq tibbi müayinədən keçirilmişdir.
2014-cü ilin 9 ayı ərzində peyvəndlər 99% yerinə yetirilmiş, müvafiq dövr ərzində 8742 xəstəyə təcili tibbi yardım göstərilmişdir.
Rayon ərazisində sanitar gigiyenik nəzarətdə olan obyektlərdə profilaktik tədbirlər həyata keçirilmiş və bunun nəticəsində əhali arasında xüsusi təhlükəli infeksiyalar qeydə alınmamışdır.

Heydər Əliyev Mərkəzinin
fəaliyyətində yeni mərhələ

Hesabat dövründə Heydər Əliyev Mərkəzinin fəaliyyətinin əhatə dairəsi daha da genişləndirilmiş, aprel ayından başlayaraq 134 nikahın burada təntənəli surətdə bağlanması həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olduğu kimi ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. Onun ibrətamiz ailə həyatı, ailə dəyərlərinə verdiyi qiymət yeni ailə quran gənclərə örnək göstərilməlidir.
2014-cü ilin 9 ayı ərzində bütün mədəni-maarif müəssisələrində əlamətdar və tarixi günlər, milli və dövlət bayramları, yubiley tədbirləri, o cümlədən, ulu öndər Heydər Əliyevin 91 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir.
02-08 may 2014-cü il tarixlərində Moldova Respublikasının Komrat şəhərində keçirilən "Xədərləz" Beynəlxalq Folklor festivalında Balakən rayon uşaq incəsənət məktəbinin folklor kollektivi ölkəmizi təmsil etmişdir. Kollektiv həmin festivalda Azərbaycanın milli mədəni irsini nümayiş etdirmiş, müxtəlif hədiyyə və diplomlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı ilə əlaqədar 2014-cü il üçün Balakən "Azərbaycanın Folklor Paytaxtı" elan edilmişdir. Bu münasibətlə illik tədbirlər planı işlənib hazırlanmış, tədbirlər planına uyğun olaraq sentyabr ayının 25-26-da "Balakən Payızı" Folklor və Turizm Festivalı keçirilmişdir. Festivalda qonşu Dağıstan və Gürcüstan Respublikalarının, eyni zamanda, respublikamızın 6 rayonunun folklor kollektivləri iştirak etmişlər.
Festivalın bağlanışında iştirak edən folklor kollektivlərinə Balakən rayon İcra Hakimiyyətinin diplom və hədiyyələri təqdim edilmişdir.

Rayon idmançılarının
uğur soraqları

Hesabat dövründə rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı dönüş yaranmış, idmanın 8 növü üzrə 32 rayon birinciliyi və turniri keçirilmişdir. Keçirilən rayon səviyyəli turnirlərdə 5000 idmançı iştirak etmişdir.
Ötən dövr ərzində 32 respublika səviyyəli çempionat, birincilik və turnirdə 316 idmançının iştirakı təmin edilmişdir. Həmin yarışlarda rayon idmançıları 6 dəfə I yeri, 6 dəfə II yeri və 7 dəfə III yeri tutmuşlar. Müxtəlif səviyyəli beynəlxalq yarışlarda idmançılarımızdan Hacımurad Çopsiyev, Hacımurad Bağmanov, Rasul Çunayev, Oluxan Musayev və İqbal Hacızadə yüksək nəticələr göstərmişlər.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonda idmanın kütləviliyinə nail olunması məqsədilə 12 idman növü üzrə bölmələr yaradılmışdır. Bölmələrdə 3000-ə qədər idmançı idmanın müxtəlif növləri ilə məşğul olur.

"Sənaye ili"nin töhfələri

Rayonda abadlıq işləri davam etdirilir, şəhərin Rafiq Səmədov küçəsində 1250 kvadrat metr sahə tamet daşlarla üzlənilir, şəhərin Heydər Əliyev prospektində, Qullar və Qazbinə kəndlərində yol kənarları abadlaşdırılır, divarlar dekorativ daşlarla üzlənilir.
Heydər Əliyev Fondunun hesabına şəhərdə inşa olunan 100 yerlik uşaq bağçasının tikintisi ilin sonunadək başa çatdırılacaqdır. Kəndlərdə tikilən digər iki bağça yaxın günlərdə istifadəyə veriləcəkdir.
"Sənaye ili" tədbirləri çərçivəsində Azəryemsənaye MMC-nin soyuducu anbar kompleksinin genişləndirilməsi, orada meyvəqurutma və konserv istehsalı üzrə sənaye xəttinin açılması, heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, "Balacans" MMC-nin konserv sexində isə İtaliya istehsalı olan müasir şüşə qablardan istifadə etməklə yeni konserv çeşidlərinin istehsal olunması nəzərdə tutulur. Bu məqsədlə əhalidən meyvə və tərəvəz tədarük ediləcək və zavodun meyvə bağlarının sahəsi genişləndiriləcəkdir. Hənifə kəndinin ərazisində keramika məmulatlarının istehsalı üzrə bir müəssisənin tikintisi də "Sənaye ili" tədbirləri çərçivəsində sahibkarlar tərəfindən reallaşdırılacaq layihələrdən biridir.
Artıq ənənəyə çevrilən "Məhsul bolluğu bayramı"na hazırlıq görülür...

MƏZAHİR ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK