adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Oktyabr 2014 15:31
4597
SAĞLAMLIQ
A- A+

Avstraliya həkimləri yeni metodika ilə ürək “dirildiblər”

Avstraliya həkimləri yeni metodika ilə yarım saata qədər döyünməyən ürəyi "diriltməyi bacarıblar. Adalet.az xarici mətbuata istinadən məlumat verir ki, Sidneyin Müqəddəs Vinsent xəstəxanasının kardio-cərrahları üç xəstəyə ölmüş insanların ürəyini bu yolla köçürüblər.
Belə ki, indiyədək bu kimi əməliyyatlarda transplantoloqlar yalnız beyin ölümü keçirən donorlardan aldıqları canlı ürəkdən istifadə edirdilər və orqanizm xaricində onun fəaliyyətini saxlaya bilirdilər.

Avstraliya həkimlərinin tətbiq etdiyi metodika donor ürək əldə olunmasının ən azı 20 faiz artımını təmin edəcək. Bunun da mahiyyət etibarilə kardio-cərrahiyyədə dönüş nöqtəsi olacağı bildirilir.
Əməliyyat olunmuş hər üç xəstə özünü hazırda yaxşı hiss edir. Onlardan biri – 57 yaşlı Sidney sakini artıq xəstəxanadan buraxılıb. Digərlərinin səhhəti isə yaxşılaşmağa doğru gedir.