adalet.az header logo
  • Bakı 19°C

GERÇƏKLİYİNƏ İNANILMAYAN GERÇƏKLƏR...

BABƏK YUSİFOĞLU
50729 | 2014-10-28 13:08

Bəzən insanlar eşitdiklərihər şeyə inanırlar və onları fikirlərindən heç cür daşındırmaq mümkün olmur. Bəzənisə insanlar gözləri önündə baş verənlərə elə şübhə ilə yanaşarlar ki, onlara həmingerçəkləri anlaması üçün böyük zaman və çaba lazım olur. Bəlkə də "İnsanlarinanmaq istədiklərinə inanırlar" - məşhur kəlamı elə bu üzdən yaranıb. Kimbilir?..

Hansı ədəbiyyatdasa oxumuşdumki, inanıb-inanmamaq halı insanın intellekti və məntiqi ilə bağldır. Əslində bufikirlərlə razılaşmaq mümkündü. Çünki inanıb-inanmaq üçün hər hansı bir qənaətinolması vacibdir. Amma bəzi reallıqlar tamam fərqli bir mühitin mövcudluğunu da göstərir.Belə ki, elə hadisələr baş verir ki, güclü mühakimələrə, dərin məntiqə malik şəxsiyyətlər,alimlər belə baş verənlərə, gözləriylə gördüklərinə birmənalı tərzdə yanaşa bilmirlər.Hətta anlamaqda çətinlik çəkirlər...…

Elə bir çoxları kimi DanielHoma da vaxtıyla hər kəs eyni cür qiymət verməmişdi. Uzun zaman bu qeyri-adi insanıngöstərdiyi fenomen hərəkətlərə inanmamışdılar. Hətta gözləri ilə görsələr belə.Özü də təkcə XIX əsrin sadədil, savadsız adamları deyil, dediyim kimi, dövrün ənsavadlı, ən məşhur, ən tanınmış, titullu şəxsiyyətləri belə gözləri qarşısında başverənlərə inanmaqda çox çətinlik çəkmişdilər...

Hələ də bir çoxları DenielHomun, eləcə də saysız-hesabsız digər fenomen insanların, yaxud təzahürlərin gerçəkliyinəşübhə ilə yanaşırlar. Məncə hər kəs Tanrının yaratdıqlarını insan idrakının fövqündədayandığını dərk etməlidir. Və hər bir fenomen təzahürü olduğu kimi qəbullanmalıdır...

      Bəs insanları inanılmazheyrətlər içərisində buraxan Deniel Dunqlas Hom kim idi?..

                        (Əvvəli qəzetin 21 oktyabr sayında)

Deniel Hom çox zaman göstərdiyi gündüz seanslarından birinidə təşkil etdi və bir sıra alim və yazıçıları da tədbirə çağırdı. Dövrünün tanınmışromançılarından ser Bulver-Litton və A Troppol, həkim-psixiatr Ceyms Con Qart-Uilkinsonvə elm xadimi, professor Devid Brüster də burada iştirak edirdi. Bu həmin Brüster idi ki, müşahidə etdiyi qeyri-adiseanslar barəsində bacısına yazdığı məktunubdan yazının əvvəlində söz açmışdım.

Homun seanslarıındakı möcüzəvihadisələr artıq bütün Londonu silkələməkdəydi. Həqiqətən də elm xadimləri, yazıçıılar, xüsusən də materialist filosoflar...gördüklərindən başlarını itirmişdilər. Mediumun levitasiya ilə - heç bir kənar müdaxiləolmadan yerin bildiyimiz cazibə qanunlarını, elmi nəzəriyyələri pozaraq havaya yüksəldiyiseanslarında dəfələrlə iştirak etmiş məşhurfizik Uilyam Kruksun ondan "fırıldaqçı"nın ifşasını gözləyən bir qrupalimə göndərdiyi cavab çox maraqlıdı. Belə ki, fizikin çox diqqətli müşahidələrialtında keçən seanslar barədə yazdığı hesabatla tanış olan alimlər narazı qalaraq bir ağızdan etirazlarını bildirmişdilər:"Axı, Homun etdiklərinin heç biri qətiyyən mümkün deyil!"

Prinsipial Uilyan Kruksisə belə cavab vermişdi: "Axı mən heç də söyləmirəm ki, bunlar mümkündü. Məndeyirəm ki, bütün bunlar həqiqətdir".

Göstərişləri onunla bərabərizləyənlər də tərəddüdsüz fiziklə həmfikiridilər. Axı, seansları Kruksla birlikdə mərhumdəniz nazirinin dul arvadı madam Dyuko, eləcə də ailəsi ilə birgə təşrif buyurmuşqraf de Bomon da görmüşdü. Bordo yaxınlığındakı həmin seansda Deniel Hom onlarıngözləri onündə, qaz lampalarıyla gur işıqlandırılmış zalda, düm-düz vəziyyətdə 6-7 fut yüksəkliyə qalxdı. Və oradakılar çaşqınlıqiçərisində yalnız havadan asılı vəziyyətdə qalan mediumu aşağıdan-yuxarıya seyr edirdilər…

Bunun danılası, harasa yozulası bir yeri yox idi. Əsl möcüzəydi. Əlbəttə, tozzərrəcəyinin belə kənar təsir olmadan yuxarıya doğru hərəkəti mümkün olmadığı birdünyada təxminən 70-80- kiloqram çəkidə olanbir insanın sakitcə havaya qalxmasını müşahidə etmək insanda şoka bənzər təəssüratyaradır.

        "BURADA MƏN PASSİV ALƏTDƏN BAŞQA BİR ŞEY DEYİLƏM..."

Onun göstərdikləri hipnoz,illuziya deyildi. Manipulyasiya isə heç deyildi. Çünki Hom özü daim israr edirdi ki, maraqlananlar,arzu edənlər hər şeyi qabaqcadan yoxlaya,seanslar zamanı istənilən yerdə dura, istədikləri araşdırmaları apara bilərlər. Və medium seanslarınıçox zaman günün aydınlıq zamanında nümayiş etdirirdi. Ən maraqlısı isə Deniel Homheç yerdə öz şəxsini malik olduğu imkanların hakimi kimi qələmə vermirdi.

O dəfələrlə bildirmişdi:"Bəli, mən bir sıra bacarıqlara malikəm. Və əgər siz mənə centlmencəsinə münasibətbəsləsəniz mən onları öz gücüm daxilində sizin üçün nümayiş etdirməklə özümü xoşbəxt sayaram.Siz əgər bütün bu təzahürlərin müəyyən dərəcədə izahını da verməyi bacarsanız çoxşad olaram. Şəxsən özüm bütün ağıllı təcrübələrdəiştirak etməyə hazıram. Mən əslində bütün bu güclərin üzərində hakim deyiləm. Çünkimən o gücləri deyil, onlar məni istifadə edirlər. Elə olur ki, onlar bir neçə müddətəməni tərk edirlər, amma sonra iki qat güclə yenidən qayıdırlar. Burada mən passivalətdən başqa bir şey deyiləm".

Doğrudan da onun dedikləriniyaşadığı həyatla, göstərdiyi seanslarıyla müqayisə edib paralellər apardıqda görmək olur ki, gənc mediumun imkanları getdikcə artıb. İstər levitasiyada, istər ekstrasenskimi, istərsə də digər sahələrdə zaman ötdükcəyeni səhnələrə müəlliflik edib. Və cəmiyyətdəki mövqeyindən, şöhrətindən,tutduğu vəzifədən asılı olmayaraq bir çoxpərəstişkarları onun özü, göstərdiyi seansları haqında gündəlik tutmüş, yazılaryazmışlar.

                              LORDLARIN HOM HEYRANLIĞI...

1867-ci ildə Deniel DunqlasHomla tanış olan Danreyvenin IV qrafı lord Adeyrin heyranlığı elə həddə çatmışdıki, özünün təşkil etdiyi seansların gündəliyini belə yazmağa başlamıdı. Və bioqrafların bildirdiyinəgörə, Hom növbəti sensasiyalı göstərişini həmin tədbirdə də nümayiş etdirmişdi.Məhz həmin seansla bağlı lord Adeyr yazırdı:

"1868-ci ildə lordLindseyin, kapitan Uinnin də iştirak etdiyi görüşdə cənab Hom çox sensasiyalı seansgöstərdi. O, olduğumuz zalda havaya yüksəldi, bir az sonra havadykən horizontalvəziyyət alaraq üçüncü mərtəbənin (Eşli-Hauz - 16 ünvanında) açıq pəncərəsindənsürətlə bayıra uçdu. Hətta pəncərənin önündə durduğum üçün o məndən bir qədər kənara çəkilməyimi də xahiş etdi. Onun bədəniağacdan imiş kimi dümdüz horizontal vəziyytdə küçə üzərində 70 futa qədər uçduqdansonra ayaqları irəlli vəziyyətdə yenidənpəncərədən mənzilə, bizim yanımıza qayıtdı".

Dünya şöhrətli yazıçı serKonan Doyl da Homun seanslarını bir neçə dəfə izlədikdən sonra yazılarının birindəmediumun həyat və fəaliyyətindən bəhs etmişdi. Konan Doyla görə, Hom mediumizmindörd sahəsi üzrə - ruhlarla təmasa, trans vəziyyətində ruhlarla danışmağa,öncəgörmə qabiliyyətinə və fiziki mediumizmə (telekenez, levitasiya) görə tayı-bərabəriolmayanbir şəxsiyyətdir.

                              O HEÇ NƏYİ PUL ÜÇÜN ETMİRDİ...

Əlbəttə, onu fırıldaqçılıqdagünahlandırmağa bir çox cəhdlər olmuşdu. Lakin belələrindən heç kim tək bir səbəb,kiçicik bir fakt, şübhə doğura biləcək hal göstərə bilməmişlər. Medium heç vaxtimkanlarını alver obyektinə çevirmədiyinə, pula görə şəxsiyyətini satmadığına görəkimsənin deməyə sözü qalmamışdı. Halbuki Deniel Dunqlasa durmadan cürbəcür "kommersiya" təklifləri dəgəlirdi.

Günlərin birində Fransa Spiritik Araşdırmalar Cəmiyyəti Parisdə 2.000funt-sterlinq müqabilində bir seans göstərmək təklifində bulunanlara Deniel Hombelə deyib: "Mən ruhun ölməz olduğunu sübut etmək üçün göndərilmişəm. Etdikləriməgörə pul almamışam və bundan sonra da heçvaxt almayacağam". Yəqin elə bu cür mənəvi keyfiyyətlərinə görə idi ki, Homcəmiyyətdə, eləcə də Avropa monarxlarının sarayında belə hörmətlə qarşılanırdı.

                      MONARXLAR DA PƏRƏSTİŞKARA ÇEVİRİLMİŞDİLƏR...

Bioqraflar yazırlar ki,III Napaleon, imperatirçə Yevgeniya, Almaniya kayzeri I Vilhelm, Bavariyanın vəVyurtemberqin hökmdarı, Rusiya imperatoru II Aleksandr... Homu böyük məmnuniyyyətləqəbul etmişdilər. Deniel Dunqlasın Avropa turları elə çox uzun sürməsə də onu hər bir ölkədə yaxşı tanıyır, onunla yaxındanmaraqlanırdılar. Və diqqət çəkən məqamlardan biri də bu idi ki, hakimiyyətin ənyüksək pillələrində duranlar belə həvəsləmediumdan bəhs etməkdən çəkinmirdrlər. Özü də heyranlıqla...…

(Ardı qəzetimizin 4 noyabrınsayında)

BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV