adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DƏVƏçiDƏ BiŞƏN XAŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
36262 | 2007-11-27 08:23
Axır vaxtlar telekanalların demək olar ki, əksəriyyətinin həftə sonu verilişlərinə, yəni icmallarına marağım artıb. Otururam televizorun qarşısında, pult da əlimdə. Az TV-də "Həftə", İTV-də "Yekun", ANS-də "Hesabat", o birilərində də bilmirəm nədi, adları yadımdan çıxıb... Hə, başlayıram izləməyə ki, görüm nəyi gözdən qaçırmışam, nədən xəbərim olmayıb. Baxmayın, bəzən adam elə yerə düşür ki, həmsöhbətləri xəbər xəstəsi olurlar və başlayırlar ki, dünən ANS-də göstərdilər ki, hansısa lükdən bir qız ayaqqabısı tapıblar. Çox maraqlı idi. Əməlli-başlı şok açıqlama oldu. Və yaxud da LİDER-də dedilər ki, bəs "Papanin"də qonşu-qonşunun damına çıxıb, keçib o biri həyətə, oradan üzügeri qayıdanda qarşısına qara pişik çıxdığından məcbur olub küçəyə tullansın, bunu da sahə müvəkkili görüb, elə bilib oğrudur. Əməlli-başlı hay-küy düşüb. Son araşdırmada, özü də LİDER-in müdaxiləsindən sonra məlum olub ki, sən demə, qonşular gizlənpaç oynayırmış...
   
   Bax, bütün bunları izləməyəndə, xəbərim olmayanda həmin o xəbər xəstələrinin yanında qalıram gözümü döyə-döyə. Onlar da deyir ki, bəzən də deməsələr də söz toxuyurlar ki, tay səndən jurnalist olmaz, biz hər şeyi bilirik, sən burdan-bura heç nəyi bilmirsən, barı televizorlara bax, gör ölkədə nələr baş verir. Bütün bu danlaqlardan canımı qurtarmaq üçün, nəhayət qərara gəlib, əvvəldə dediyim kimi hər bazar axşamı həftənin son icmallarını izləyirəm. Yəni onların bir-bir baxdığına mən toplum halında nəzər yetirirəm. Əsas odur ki, məlumatım olsun, bir də ki, ya bir gilə gilas yedin, ya bir kilo. Onsuz da hamısının dadı eynidi...
   
   Hə, deməli, dostlardan biri söz vermişdi ki, Dəvəçiyə gedirəm, orada yaxşı xaş bişirirlər. İstəyirsiniz sizi də aparım, istəyirsinzsə payınızı gətirim. Çox götür-qoydan, yəni yolu, vaxtı və digər məsrəfləri hesablayandan sonra qərara gəldik ki, getməkdənsə gətirməyi yaxşıdır. Və...
   
   Yəqin qəzetlərdən oxumusunuz, televizorlardan da izləmisiniz. Ölkəmizdə vəhhabilik əməlli-başlı at oynadır. Artıq bu məsələ təkcə sıravi vətəndaşların deyil, hətta Qafqaz Müsəlmanları İdarəsinin, Dini İşlər üzrə Dövlət Komitəsinin, bütövlükdə əlaqədar təşiklatların, o cümlədən də hüquq-mühafizə orqanlarının əməlli-başlı diqqətini çəkib. Demək olar ki, hər gün bu barədə yeni məlumatlar aşkarlanır, mətbuata yeni informasiyalar sızır. İşin ciddiliyi göz qabağındadır. Deməli, bu son nəticələr göstərir ki, həmişə olduğu kimi yenə də oturub gözləmişik... gözləmişik və məsələ qloballaşandan, əndazəsindən çıxandan sonra başlamışıq münasibət bildirib tədbir görməyə, bunun sonu nə olacaq - bəri başdan deyə bilmərəm. Amma bircə bildiyim odur ki, bu vəhhabilik elə bizə Dəvəçidə bişirilib gətirilən xaş kimidir. Yəni qıraqda bişib, ölkədə pay-pürüş olub. Kim nə qədər bacarır, necə bacarır, o cür də qaşıqlayır...
   
   Ölkənin istehlak bazarında lisenziyasız alkoqollu içkilər, tütün məmulatları, eləcə də istifadəyə yararsız olan çoxsaylı qida məhsulları aşkarlanır. Hər gün keçirilən reydlər barəsində verilən məlumatlardan bəlli olur ki, şəhərin hansı mağazasından, hansı marketindən, kəsəsi, hansı obyektindən nə qədər məhsul satışdan çıxarılıb və Dövlət

TƏQVİM / ARXİV