adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

çÖLDƏ QALMIŞLARDANIQ

CEYHUN MUSAOĞLU
31167 | 2007-11-27 08:23
"İnsan həyatı bir qutu kibritə bənzəyir. Onunla ciddi davranmaq gÜlməli, qeyri-ciddi davranmaq isə təhlÜkəlidir"
   
   Püneske Akutaqava
   
   
   
   Bağışlamaq böyÜklÜk yox, qorxaqlıqdı. Daha çox bağışlanan böyÜkdÜ. BÜtÜn səhvlərinə, insanlığa yaraşmayan hərəkətlərinə rəğmən, sonda gÜnahlarının ÜstÜnə çıxan kəs bu dÜnyanın adamıdı. Deməli, o, yaşamağı bacarır. DÜnya yaşayanlarındı, ölənlərin yox. Çalışın, nəyin bahasına olursa-olsun yaşayın. Həm də sÜrÜnmədən, ayaq Üstə dÜnyanın ÜstÜnə yeriyin. DÜnya əzilənlərin ağası, əzənlərin quludu. DÜnya humanistlikdən, tərəfsizlikdən, obyektivlikdən, xeyirxahlıqdan yoluxucu xəstəliklərdən qorxduğu qədər qorxur. Ona görə kökÜnÜ kəsməyə çalışır bu "xəstəliyin". Elə kəsir də. Get-gedə nanəciblərin, yaltaqların, yalançıların, böhtançıların sayı artır. Bir azdan bÜtÜn dÜnya onların olacaq. Gözlərindən nur yağanları isə dÜnyanın çölÜnə atacaqlar.
   
   Artıq dÜnya çölə qovulmuşlarla doludu. Demək olar ki, hamısı da mÜsəlmandı. Ha fırlanırlar, içəri girə bilmirlər. DÜnyanın nə qapısını tapırlar, nə pəncərəsini. Bəlkə də elə əvvəldən qapısı, pəncərəsi olmayıb bu dÜnyanın. Elə bir deşiyi olub. Tanrı bÜtÜn insanları o deşikdən içəri salıb, amma ağzını tıxamayıb. Bilib ki, çölə atılanlar çox olacaq. Adamların ilk dəqiqədən özÜnÜ aparmasından başa dÜşÜb ki, kimlər içərinin havasına dözə biləcək, kimlər yox. Ona görə də elçilərini daha çox mÜsəlmanlara göndərib. Göndərib ki, Allahın ətəyindən başqa bir yerini tanımayan adamlara dÜnyanın çölÜnÜn nə qədər dəhşətli olduğunu, bu dəhşəti yaşamamaq ÜçÜn hansı addımları atmağın vacibliyini öyrətsin. Amma xeyri olmayıb. Hətta yer ÜzÜnÜn mÜqəddəs sonuncu kitabını da mÜsəlmanlara verib, yenə dÜnyanın iç dilində danışmağı bacarmamışıq. Bu dil isə bircə cÜmlədən ibarətdi: öncə özÜnÜ sev, sevgini iliyindən sorub, qanı qanından, canı canından olanlara ver.
   
   GözÜmÜzÜn qabağında o boyda Azərbaycan özgələrini sevməklə, özgə sevginin qoynunda uyumaqla gör nə gÜnə qaldı... Bir də onda ayıldı ki, özgəsinə ərazisini bağışlaya-bağışlaya dÜnyanın içində bir kÜncə sığınıb, nəhəng ərazi sahiblərinin yanında cılız bir şeyə dönÜb, nəhəngliyin mənzərəsini korlayıb. Əlbəttə, nəhənglər buna dözə bilməzdi. Azərbaycanı sıxışdıra-sıxışdıra dÜnyanın çölÜnə çıxarmaq lazım idi. Bunun ÜçÜn isə nəhənglərdən bir o qədər gÜc tələb olunmurdu. Azərbaycanın mÜsəlman ölkəsi olması çölə atılmağına kifayət edirdi. Axı, mÜsəlmanlar bağışlayandı. Azərbaycan isə bu xÜsusiyyətinə görə din qardaşlarını çoxdan ötÜb. Aralarındakı məsafə də görÜnməzdi.
   
   Bağışlamaq qul psixologiyasından irəli gəlir. Allah da bağışlamayanı sevir. ÇÜnki bağışlamaq Allaha məxsusdu. O istəməz kimisə özÜnə şərik qoşsun. Azərbaycan adamları bağışlamaqla allahlıq iddiasına dÜşənlərə oxşayır. Bəlkə də Allah acığa dÜşÜb, bizi dÜnyanın çölÜndə saxlayır. MÜsəlmanlar dÜnyanın içinə o vaxt girəcək ki, bağışlamalarına son qoyacaqlar. Və bir daha bağışlamayacaqlarına tövbə edəcəklər.
   
   Hələ ki, dÜnyanın çölÜndəyik. Və çığıra-çığıra qalmışıq. 13 gÜnÜn içində Üç rayonu balasının, anasının, atasının, qardaşının qatilinə bağışlayan Azərbaycan adamları nəinki dÜnyanın çölÜnə, heç altına da yaraşmır. Bu fikirlərə etiraz edənləri isə avqustun 23-nə, yenə 23-nə və 31-nə bir daha nəzər salmağa çağırıram. Baxın və heç olmasa bir dəfə insafla cavab verin: dÜnyanın çölÜ də bizə çox deyilmi?
   
   

TƏQVİM / ARXİV