adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2014 20:40
3687
GÜNDƏM
A- A+

İlham Əliyevdən həmkarlarına təbrik məktubu

Prezident İlham Əliyev Avstriya Respublikasının prezidenti Haynts Fişerə və türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. 


Məktubda qeyd edilib:

-`Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daim genişləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.`

Ölkə başçısı türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovu Türkmənistanın Müstəqillik Günü münasibətilə təbrik edib:

-Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, qarşılıqlı münasibətlərimizin hərtərəfli inkişafı və möhkəmləndirilməsi yolunda səylərimiz xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram.