adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Oktyabr 2014 16:54
4508
DÜNYA
A- A+

Nazirə hücum etdilər

Türkiyənin Şanlıurfa vilayətində ölkənin daxili işlər naziri Əfqan Ala hücuma məruz qalıb.

"Kanal7" telekanalına istinadən verdilən məlumata görə, Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşa da hücum edilib.

Telekanalın məlumatına əsasən, naməlum insanlar Şanlıurfa vilayətinə gəlmiş dövlət nümayəndə heyətinə daş atıblar. Nümayəndə heyəti Suriyanın Kobani şəhərindən sayı 150 minə çatan qaçqınların həyat şəraiti ilə tanış olmaq üçün vilayətə gəlib.
Məlumata görə, nazir və Baş nazirin müavini hücum nəticəsində xəsarət almayıblar.