adalet.az header logo
  • Bakı 20°C
25 Oktyabr 2014 16:20
2921
HADİSƏ
A- A+

FHN 3 balıqçının itkin düşməsi ilə bağlı rəsmi məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi 3 nəfər balıqçının Xəzər dənizində itkin düşməsi ilə bağlı rəsmi məlumat yayıb.

Adalet.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindən 3 nəfər balıqçı balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıb və geri qayıtmayıblar.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti və Aviasiya dəstəsi axtarışlara cəlb olunub. Digər aidiyyatı dövlət qurumları məlumatlandırılıb.

Hazırda Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən axtarışlar davam etdirilir.