adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Oktyabr 2014 15:42
3616
GÜNDƏM
A- A+

Şahin Mustafayev Ağsuda qəbul keçirəcək

Oktyabrın 27-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ağsuda Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən Adalet.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçiriləcək.


Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin[email protected]elektron poçt ünvanı, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Dağlıq Şirvan regional bölməsi və[email protected]) elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərlər.


Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "Facebook”dakı rəsmi səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.