adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Oktyabr 2014 15:19
3974
GÜNDƏM
A- A+

Dövlət Departamentinin xüsusi müşaviri Bakıya gəlir

ABŞ Dövlət Departamentinin qlobal gənclər məsələləri üzrə xüsusi müşaviri Endryu Reybens Azərbaycana səfər edəcək.
 
APA-nın ABŞ-ın Azərbaycandakı səfirliyinin Feysbuk səhifəsinə istinadən verdiyi xəbərə görə, xüsusi müşavir 28-30 oktyabr tarixində Bakıda olacaq.
 
O, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən BMT-nin 1-ci Qlobal Gənclər məsələləri üzrə konfransda iştirak edəcək.