adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2014 13:04
4239
HADİSƏ
A- A+

Bakıda polisin formasını cırdılar

Bakının Qaradağ rayonunda kütləvi dava baş verib. 

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 23-də saat 23:30 radələrində, Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Xəzri sadlıq evinin qarşısında baş verib.

Belə ki, Qobustan qəsəbə sakinləri 1960-cı il təvəllüdlü Azər Arif oğlu Veysəlov, oğlu 1988-ci il təvəllüdlü Nacif və digər 2-3 nəfər şəxs xuliqanlıq zəminində biri-birlərini döyüblər.

Həmin vaxt hadisə yerinə gələn 38-ci polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1981-ci il təvəllüdlü Zahir Qətilağa oğlu Qiyasov, Polis Patrul Xidmətinin polis serjantları 1988-ci il təvəllüdlü Anar Elşad oğlu Azayev, 1993-cü il təvəllüdlü Sahil Şümşət oğlu Süleymanlı və 1987-ci il təvəllüdlü Ramin Mirzəhüseyn oğlu Abbasov həmin şəxsləri nizam-intizama dəvət ediblər.

Lakin onlar polis əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayaraq müqavimət göstəriblər. Nəticədə Ramin Abbasovun geyim formasını qismən cırıblar. Material rayon prokurorluğuna göndərilib.

Faktla bağlı araşdırma aparılır.(anspress)