adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Oktyabr 2014 11:56
3549
HADİSƏ
A- A+

Qardaş qardaşı bıçaqlayıb

Bakıda bıçaqlaşma hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 24-də Xətai rayonu Məzahir Rüstəmov küçəsində yaşayanlar - 1989-cu il təvəllüdlü Orxan Muradəliyev qardaşı, 1987-ci il təvəllüdlü Murada bıçaq xəsarət yetirib.

O, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.