adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
25 Oktyabr 2014 01:58
5621
LAYİHƏ
A- A+

TƏKCƏ BALAKƏNLİLƏRİN DEYİL, HAMIMIZIN ŞƏHƏRİ...

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Şəhərdə 20 kommunal binanın dam örtüyü dəyişdirilmiş, 16 binanın isə fasad hissələri mişar daşı və dekorativ daşlarla üzlənmişdir. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsi, "Şəhidlər Xiyabanı" yenidən qurulmuş, şəhərin Heydər Əliyev və Atatürk prospektlərində, Nəriman Nərimanov, Rafiq Səmədov, Məhəmməd Əsədov, Əli Ansuxski küçələrində və Soyqırım bağında 10100 kvadrat metr tamet plitə, 2755 poqonmetr bordür düzülmüş, 2271 kvadrat metr küçə divarı dekorativ daşlarla üzlənmiş, 170 yeni işıq dirəyi basdırılmışdır.
Balakənçay körpüsünün kənarı yeni üslubda yaşıllaşdırılmışdır. Qabaqçöl qəsəbəsinin mərkəzində yerləşən park abadlaşdırılmış, ərazi işıqlandırılmışdır. Hazırda Qullar kəndinin ərazisində və Heydər Əliyev prospektində yol kənarlarının abadlaşdırılması işləri davam etdirilir.
Məktəb tikintisi sahəsində 280 yerlik Talalar 2 saylı kənd tam orta məktəbinin inşası başa çatdırılmış və bina yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. Rayonun Qaysa kəndində 20 yerlik, Şərif kəndində 35 yerlik körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Şəhərdə və Şambul kəndində yeni uşaq bağçalarının tikintisi, Sarıbulaq kəndində uşaq bağçasının əsaslı təmiri, Rayon Polis şöbəsinin inzibati binasının tikintisi davam edir.
Yerli büdcə vəsaitləri hesabına Katex 1 saylı, Kortala və Beretbinə kənd tam orta məktəblərində, şəhər 2 və 4 saylı uşaq bağçalarında, uşaq texniki yaradıcılıq mərkəzində, Katexkombinat sənətkarlar evində, Qaysa və Hənifə kənd həkim məntəqələrində təmir işləri aparılmışdır.
Hesabat dövründə respublika və rayon əhəmiyyətli avtomobil yollarına xidmət göstərilmiş, asfalt-beton qarışığı və çınqıl materialı ilə təmir işləri aparılmış, şəhərin 11 küçəsində 14400 kvadratmetr sahə asfaltlaşdırılmışdır. Yerli bələdiyyələrin vəsaiti hesabına 3,4 km kəndarası yollara asfalt tökülmüş, ilin sonunadək kəndlərdə daha 3 km məsafədə yolun asfaltlaşdırılması nəzərdə tutulur. Ötən dövr ərzində bələdiyyələr tərəfindən 60,8 km uzunluğunda kəndarası yollara qum-çınqıl döşənmiş, 10,2 km uzunluğunda su kanalları və arxlar təmir edilmiş, 2,5 km uzunluğunda yeni içməli su xətləri çəkilmiş, 11 su keçidi təmir edilmiş, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Hesabat dövründə ümumi sahəsi 3740 m2 olan 34 fərdi yaşayış evi, ümumi sahəsi 1510 m2 olan 15 ədəd xidmət və sahibkarlıq obyektləri tikilərək istifadəyə verilmişdir.
Əhalinin təhlükəsizliyi tədbirləri çərçivəsində 2014-cü ilin 9 ayında Mazımçay sistemində 180 p/m, İnterçay sistemində 405 p/m, Balakənçay sistemində 185 p/m, Katexçay sistemində 100 p/m uzunluğunda daş-beton bənd tikilmiş, Balakən çay sistemində daş-beton bəndlərdə 600 kubmetr həcmində təmir işləri aparılmışdır. Çaylarda 7,4 km, kanallarda isə 25 km məsafədə məcra təmizləmə işləri görülmüşdür...
Ən vacib məsələ:
Xidmət sahələrinin
fəaliyyəti yüksəldilir

Rayonda olarkən öyrənirik ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində su anbarları, magistral və şəhər su xətləri təmir olunmuş, şəhərin Ə. Ansuxski və Nizami küçələrində yerləşən 3 yaşayış binasının su və kanalizasiya xətləri yenilənmiş, kanalizasiya baxış quyuları tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 29 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən rayonda qazılması nəzərdə tutulan 10 artezian quyusundan 8-i istifadəyə verilmişdir. Katex kəndində sonuncu artezian quyusunun qazılmasına başlanılmışdır. Sarıbulaq kəndində mövcud su quyusundan istifadə etməklə 3 km məsafədə su şəbəkəsi qurulmuşdur. Hesabat dövrü ərzində əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 82,0 faiz, içməli suyun dəyəri 83,0 faiz, qazın dəyəri 98,9 faiz ödənilmişdir.
Qış mövsümünə hazırlıqla əlaqədar şəhər əhalisinə və müəssisələrə istilik xidməti göstərən qazanxanalarda, magistral və məhəllədaxili istilik xətlərində təmir və yoxlama işləri aparılmış, zəruri avadanlıqlar gətirilərək quraşdırılmışdır.
Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Meşəşambul kəndində 256 nömrə tutumlu yeni elektron telefon stansiyası quraşdırılmış, xətt şəbəkəsi qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir. Ə. Ansuxski küçəsində 400 metr kabel yer altına köçürülmüş, R. Səmədov küçəsində 700 metr məsafədə hava rabitə xətləri yenisi ilə əvəz olunmuş, kəndlərdə 1700 metr məsafədə kabel təmir olunmuşdur. Bununla belə, müvafiq xidmət təşkilatı tərəfindən rabitə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması, yeni texnologiyaların tətbiqi, internet xidmətinin göstərilməsindəki nöqsanların aradan qaldırılması, yaşayış məntəqələrinin tam telefonlaşdırılması istiqamətində təsirli tədbirlər görülməlidir. Hesabat dövründə 4005 nəfərə sosial müavinət, 433 nəfərə təqaüd ödənilmiş, ünvanlı sosial yardım təyin olunmuş 1537 ailəyə ödəniş aparılması davam etdirilmiş, xüsusi qayğıya ehtiyacı olan 319 nəfər tənha və ahıl vətəndaşa xidmət göstərilmişdir.

Təhsildə qazanılan uğurlar sevinc doğurur

Hesabat dövründə təhsil sahəsində nəzərəçarpan uğurlar əldə edilmiş, məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətindəki işlər davam etdirilmişdir. Rayonda məktəb tikintisi və təmiri ilə yanaşı məktəblərin müasir avadanlıq, tədris vəsaitləri, istilik sistemlərı ilə təchizatına da böyük diqqət yetirilmişdir. Fənn olimpiadalarının respublika turunda iştirak edən 19 nəfər şagirddən 7 nəfəri olimpiadanın qalibi olmuşdur. Şagirdlərdən 1 nəfəri I yeri, 1 nəfəri II yeri, 5 nəfəri isə IV yeri tutmuşdur. Cari ilin məzunlarından 5 nəfər məktəbi qızıl medalla bitirmiş və onlara xüsusi nümunəli attestat verilmişdir. 2014-cü ildə tam orta məktəb pilləsini bitirənlərdən 385 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmiş, onlardan 224 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 8 nəfər 600-dən, 23 nəfər isə 500-dən yuxarı bal toplamışdır.

(ardı gələn sayımızda)

MƏZAHİR ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ