Müsəlmanlar üçün xüsusi telefon
Rusiyada ilk dəfə olaraq müsəlmanlar üçün yaradılan "BQ Istanbul” mobil telefonu noyabrın sonunda satışa buraxılacaq.
Adalet.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, qurğunun yaddaşına müqəddəs Quran iki dildə - ərəb və rus dillərində dörd ən populyar tərcümələrdə daxil edilib. Rahat menyu lazımi mətni oxumaq üçün surələri sürətlə çevirməyə imkan verəcək.
Telefonda həmçinin namaz vaxtı səs siqnalı verən əlavə quraşdırılıb: qurğu istifadəçinin olduğu ölkə və şəhər haqqında məlumatları təhlil edir, sonra namaz vaxtını müəyyənləşdirir və gündə beş dəfə namazın başlanmasını səs siqnalı vasitəsilə xatırladır.
İstehsalçı şirkətdən "RİA Novosti” Agentliyinə bildiriblər ki, qurğu aşağı qiymət seqmentində olacaq ki, onu hər bir kəs ala bilsin.
Digər Xəbərlər
17 Aprel 2024 21:00
Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
16 Aprel 2024 18:40Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO
16 Aprel 2024 18:17Azərbaycanda bu provayderlər cərimələndi
16 Aprel 2024 16:01Bakcell böyük dəyişiklər astanasında
15 Aprel 2024 09:56