adalet.az header logo
  • Bakı 18°C
25 Oktyabr 2014 10:40
2864
HADİSƏ
A- A+

FHN yataqxanadakı yanğınla bağlı məlumat yaydı

Gəncədə yataqxanada baş vermiş güclü yanğınla bağlı məlumat yayıb. 


FHN-in saytında yer alan xəbərə görə, yanğın Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 1040 kv.m olan beşmərtəbəli inzibati binada baş verib. Nəticədə binanın dam örtüyü 850 kv.m sahədə yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.