adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Oktyabr 2014 10:35
6256
DÜNYA
A- A+

Gülən “Qırmızı kitab”a düşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Təhlükəsizlik Şurasında (MGK) "paralel hökumət”lə bağlı qərar veriləcəyi açıqlaması Gülən camaatını narahatlıq içində saxlayır. 

Türkiyə prezidenti Ərdoğanın Gülən camaatı ilə bağlı qərar veriləcəyini açıqlamasından sonra bütün diqqət oktyabrın 30-da keçirikəcək əhəmiyyətli iclasa yönəlib.

Milli Təhlükəsizlik Şurası iclası oktyabrın 30-da baş tutacaq. İclasda R.T.Ərdoğan ilk dəfə prezident olaraq rəhbərlik edəcək, Ə.Davudoğlu isə ilk dəfə baş nazir olaraq iştirak edəcək. Əsas məsələ kimi İŞİD ilə mübarizə və Ərdoğanın bir müddət əvvəl "paralel hökumət”in beynəlxalq təhlükə adlandırmasına görə "Qırmızı kitab”a salınması göstərilir. 

Qeyd edək ki, Ərdoğan sözügedən açıqlamanı Əfqanıstandan İstanbula qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı səsləndirmişdi. 

Türkiyədə "Qırmızı Kitab” isə məxfi saxlanılan Milli Təhlükəsizlik Siyasəti Sənədidir. Milli Təhlükəsizlik Konsepsiyası xarakteri daşıyan sənəddə düşmən və dost ölkələr müəyyənləşdirilir, ölkənin xarici siyasətinin təməl prinsipləri yer alır, dövlət üçün daxili təhdid sayılan qüvvələr qeyd olunur. Yeni Milli Təhlükəsizlik Siyasəti Sənədində hansı dəyişikliklərin olduğu barədə hələ ki, ətraflı məlumat yoxdur.