Heydər Əliyev Fondu Rumıniyada uşaq evinə yardım edib
Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestin 5-ci sektorunda yerləşən "Müqəddəs Maria” uşaq evinə məişət texnikası, ərzaq və geyimdən ibarət humanitar yardım edilib.
Adalet.az AzərTAc-a istinadən xəbər verir ki, uşaq evinin direktoru Yuliana Stoiçesku Heydər Əliyev Fondunun hər zaman ehtiyacı olan insanlara kömək etdiyini bildirib və bunun yüksək qiymətləndirildiyini söyləyib. Y.Stoiçesku uşaq evinə edilən bu yardıma görə Heydər Əliyev Fonduna, xüsusilə Fondun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Fondun fəaliyyəti barədə məlumat verib. İ.Hacıyev Fondun Buxarestdə və Rumıniyanın digər regionlarında xeyriyyə aksiyalarını davam edəcəyini söyləyib.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41