adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Oktyabr 2014 18:35
11289
MƏMLƏKƏT
A- A+

“Discover Azerbaijan” təqdim edir - söz ocağı, hikmət yurdu Qazax - Fotolent

Şəmkirdən sonra biz Qazax istiqamətində yola düşdük. Amma yolda birinci bizi Ağstafa qarşıladı.

Bu il 100-cü ad gününü qeyd edən Ağstafa dəmiryol qovşağı kimi təsis edilmişdir. Şəhər statusu yalnız 1941-ci ildə verilmişdir.

Şəhərin mərkəzində məşhur Azərbaycan şairi Səməd Vurğunun böyük ölçüdə açıq kitablarla büstünün yerləşdiyi park. Yaxınlaşarkən kitabın səhifələrində Səməd Vurğunun ən məşhur əsərlərindən biri olan "Azərbaycan" şerindən parçaları oxumaq olar...

Yolüstü biz həmçinin Dağ Kəsəmən kəndinin "Əyyub Ağa" məscidinə də gəldik, lakin təəssüf ki o, hazırda fəaliyyət göstərmir.

Ağstafa ilə Qazax arasında təxminən 5 km məsafə var, buna görə də biz Qazaxa necə gəlib çatdığımızın fərqinə belə varmadıq.

Qazax şəhəri - Qazax rayonunun inzibati mərkəzi, respublikanın Qərb sərhəddində yerləşən sonuncu böyük şəhər. Qazax - Azərbaycanın istedadlı şair, alim, artist, aşıqlarının vətənidir. Bu torpaqlarda Molla Pənah Vaqif, Vidadi, Səməd Vurğun, Mehdi Hüseyn və başqaları anadan olublar. Qazaxda məşhur general, Port Artur qalasının müdafiəsinin iştirakçısı Əliağa Şıxlinski anadan olmuşdur. Müstəsna qabiliyyətlərinə görə müasirləri onu "Artilleriya allahı" adlandırırdılar. (məlumatwww.mct.gov.azveb səhifəsindən götürülmüşdür)

Şəhərin mərkəzində, Mədəniyyət Mərkəzinin önündə Səməd Vurğuna abidə ucaldılıb.

Keçən il ziyarətçilərə qapılarını açan Yeni Ədəbiyyat Muzeyi əks tərəfdə yerləşir.

Bir az gəzərək mən Cümə məscidinə rast gəldim. XIX əsrdə tikilmiş bu məscid hələ də fəaliyyət göstərir.

Müsəlmanların ibadət edərkən təmizliyə riayət etməsi məqsədilə iri məscidlərdə hamamlar tikilirdi. Qazaxdakı məscid də istisna deyil. Məscidin əks tərəfində hamam yerləşir, tikilinin təşəbbüskarı öz xeyriyyəçiliyi ilə məşhur olan İsrafil ağa Kərbəlayevdir. Hamam indiyə qədər fəaliyyət göstərir.

Qazaxda olarkən mütləq şəkildə Tarix Ölkəşünaslıq Muzeyinə baş çəkmək lazımdır. Mən burada azı iki saat oldum və hətta artıq da olardım, lakin vaxt yox idi.

1897-1905-ci illərdə inşa edilmiş qədim Pravoslav kilsəsi. Bərpa edilib, lakin təəssüf ki, ziyarətçilər üçün bağlıdır.


Heydər Əliyev Parkında yalnız Qafqazda deyil, hətta bütün MDB məkanında unikal planetariuma sahib Elm Mərkəzi yerləşir. Yaxınlıqda - Gənclər Mərkəzi.

Xüsusilə Ağstafaçaya baxan mənzərəsiylə parkın yan hissəsi xoşuma gəldi.

Bütövlükdə Qazaxda çox sayda tarixi abidələr var - körpülər, qalalar və s. var. Onların əksəriyyəti Gürcüstanla sərhəddə yerləşir, bu da onlara gedişi və çəkiliş aparmağı çətinləşdirir. Buna görə də biz hər kəs üçün əlçatan olan yerlərə getdik.

Birinci növbədə biz Avey dağına getdik.

Dağ yamaclarında Paleolit dövrü insanının yaşayış fəaliyyəti izlərinə rast gəlinir. Burada primitiv ziyarətgahlar, həmçinin qaya içinə oyulmuş təxminən 30 mağara aşkar edilmişdir.

Dağın ətəyində Damcılı mağarası. Təbii çatların arasından mağaranın divarlarında buz kimi suyun damcıları sızır. Mağara öz adını «damcı» sözündən götürüb.

Buraya yerli sakinlər, həmçinin bəzən Bakıdan qonaqlar su dalınca gəlirlər...

Yerli sakinlər tərəfindən hörmət edilən Hacı Mahmud Əfəndinin Məqbərəsi. 1835-1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz vaxtının məşhur mömini idi.

Xanlıq kəndində, dağın başında Didvan Qala yerləşir(VI-VII əsrlər). Qalanın daxilində yerli sakinlərin arzular ağacı hesab etdiyi və arzu tutaraq budaqlarına balaca iplər bağladıqları kiçik ağac bitir.


Yerli pansionatlardan birinin ərazisində biz bu abidəni tapdıq. Müəllif naməlumdur. Daş, qayanın bütöv növü. Göründüyü kimi, parçayla bağlanmış kişi nəyəsə tərəf əyilib. Arxa tərəfdə 1858 rəqəmləri var idi, amma bu, ustanın işinin tarixidirmi? Məlum deyil...

Bizim səyahətimizin növbəti dayanacağı – Göyəzən dağının yamaclarında orta əsr qalasıdır.


Dağın bütün yamaclarına səpələnmiş divar və qalaların yalnız bir hissəsi qorunub saxlanılıb. Bəzilərinə biz qalxdıq, amma qalanları üçün xüsusi avadanlıq tələb olunacaq.

Buradan görünüş adamı sadəcə ovsunlayır. Hətta aşağı enmək istəmirsən. Və bu, divarların yalnız ikinci yarusudur.

Buradakı mənzərələr gözəldir. Və hətta bizim maşınımız onları korlamır.

Çoban öz sürüsü ilə. Əməyin ekoloji təmiz şəraiti.

Tünd buludlar və günəşin şüaları onların arasından keçir, fonda isə dağların güclə görünən siluetləri. Gözəldir!!!

Vaxt azdır, biz ölkəmizin Qərb hissəsiylə işimizi sonlandırırıq və Cənuba doğru gedirik.

Yol yaxın deyil, başı nə iləsə qatmaq lazımdır. Smartfonlar üçün yeni yerli oyun məsləhət görüblər. Vaxt hiss olunmadan ötüb keçdi. Həqiqətən də "Qobustan" oyunu bizim arxeoloji qoruğumuz haqqında bütün lazımlı informasiyanı daşıyan çox şən, yaxşı qrafikalı oyundur. Əla!


Fürsətdən istifadə edərək layihəni dəstəklədiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm.

Bizi izləməyə davam edin.

Məcid Əliyev