adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Oktyabr 2014 17:55
3145
GÜNDƏM
A- A+

Növbəti iclas oktaybrın 28-də olacaq

Milli Məclisin payız sessiyası üçün növbəti plenar iclasının vaxtı məlum olub. Parlamentdən verilən xəbərə görə, iclasın oktyabrın 28-də keçiriləcək iclasın gündəliyinə 30-a yaxın məsələnin müzakirəsi daxil edilib. Gündəlikdə əsasən bir neçə qanun layihələrinə əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir.

Eyni zamanda 2015-ci il üçün büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılma vaxtları məlum olub. Belə ki, büdcə zərfi İqtisadi siyasət komitəsi başda olmaqla digər komitələrin birgə iclasına 4, 5 və 6 noyabrda, komitələrin müzakirəsindən keçəcəyi təqdirdə isə noyabrın 18, 19, 20 və 21-də plenar iclasda müzakirəyə çıxarılacaq.

Büdcə zərfinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.