adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Oktyabr 2014 17:34
4205
DÜNYA
A- A+

Çində bir ildə 2400 nəfər edam edilib

Son 1 ildə Çində 2400 nəfər edam edilib. Çinin məlumatına görə, "Duy Xua” İnsan Hüquqları Fondunun hesabatında belə deyilir. 

Fondun məlumatına əsasən, bu rəqəm son iki ilin göstəriciləri ilə müqayisədə 20% azdır. Buna baxmayaraq, Çin ölüm hökmlərinin sayına görə lider olaraq qalır.

Ölkədə ölüm hökmləri ilə bağlı xəbərlər dövlət sirri sayılsa da, hüquq müdafiəçiləri məlumatları bilavasitə məhkəmə orqanlarından aldıqlarını bildiriblər.