adalet.az header logo
  • Bakı 18°C
24 Oktyabr 2014 17:32
4349
DÜNYA
A- A+

Putin Ərdoğanla Türkiyədə görüşəcək

Rusiya prezidenti Vladimir Putin dekabr ayında Türkiyəyə səfər edəcək. Bunu Türkiyənin Moskvadakı səfiri Ümid Yardım bildirib. Onun sözlərinə görə, Putinin əsas məqsədi iki ölkə arasında bu ilin sonunda planlaşdırılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında iştirak etməkdir.   Toplantıda Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. Ü.Yardım qeyd edib ki, sammit çərçivəsində iki ölkə prezidentlərinin görüşü də gözlənilir:  "Şuranın ötən iclası Ərdoğan və Putinin həmsədrliyi ilə Peterburqda keçirilib. İclaslar zamanı iki ölkənin bütün aspektləri müzakirə olunur. Dekabrda keçirilməsi gözlənilən sammitin Türkiyənin hansı şəhərində baş tutacağı yaxın vaxtlarda bəlli olacaq”. Xatırladaq ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurası 2010-cu ildə Rusiya və Türkiyənin baş nazirləri səviyyəsində yaradılıb.