adalet.az header logo
  • Bakı 13°C
24 Oktyabr 2014 17:28
5516
MƏMLƏKƏT
A- A+

Zahid Oruc siyasi təmayüllü terror təşkilatlarından danışdı

"Dünyanın hər yerində dini cərəyanların əksəriyyətinin maliyyə mənəbiyinə nəzarət etmək həddən artıq çətindir”.


Bunu KİV-ə açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, bu gün dünyada baş verrən istənilən terror hadisəsi dinlə əlaqələndirilir: "Sanki siyasi təmayüllü terror təşkilatları mövcud deyil”.
Millət vəkili hesab edir ki, Azərbaycanda hər bir dindarı terrorçi kimi görüb onun üzərinə getmək bir qədər çətindir:

"Düzdür, Mübariz Qurbanlı Dini Komitəyə rəhbər gəldikdən sonra bir sıra cəmiyyət tərəfindən rəğbətlə qarşılanan, eyni zamanda ölkə maraqlarına və onun təhlükəsizliyinə xidmət edən addımlar atmaqdadır. O, cəmiyyətə açıq insan olmaqla yanaşı, həyata keçirdiyi işləri cəmiyyətin dəstəyi ilə reallaşdırır. Qaldı ki, radikal dini cərəyanların maliyyə mənbəyini zəiflətmək və ona nəzarəti həyata keçirmək işi bir az mürəkkəb məsələdir. Çünki radikal dini cərəyanların həm maliyyələşməsi, həm onların iqtisadi fəaliyyəti, topladıqları vəsaitlərin sonda terrorçulara çatdırlmasında kifayət qədər mürəkkəb mexanizmlər mövcuddur. Yəni bu maliyyə əməliyyatları çox müxtəlif vasitələrdən istifadə edilərək həyata keçirilir.”
Millət vəkilinin fikrincə, necə ki, hökumət bunu ancaq QHT sektorunda şəffaflığı təmin etmək üçün elə QHT sektorundan aldığı dəstək həyata keçirirdi, burada da o qaydadan istifadə etməlidir:

"Düzdür Dini Komitə, Qafqaz Müsəlmanları İdarəsi və digər dini təşkilatlar bu istiqamətdə müəyyən işlər görülür. Ancaq bu, yetərli deyil. Bu məsələdə dini təşkilatların dəstəyi ilə həyata keçirilməsə problemin həlli çətin olacaq.”
Z. Oruc onu da əlavə etdi ki, bu sahədə xüsusu xidmət orqanlarının əməyindən yetərincə istifadə olunmalı və onalar müəyyən səlahiyyətlər verilməlidir:

"Xüsusi xidmət orqanları bu işi vətəndaşın hüquqlarını pozmadan, konfedensiallığa riayət etməklə həyata keçirməlidir. Məsələn bir sıra Avropa ölkələrində bununla bağlı xüsusu proqramlar hazırlanır və onun vasitəsi ilə gələcəkdə terror təşkilatına qoşulmaq istəyən və belə niyyətdə olan şəxsi nəzarətə götürməklə vaxtında belə halların qarşısını ala bilirlər. Hesab edirəm ki, Azərbaycanda da xüsusi xidmət orqanlarına belə səlahiyyət verməli, qurum yaradılmalı və onun vasitəsi ilə bunlar həyata keçirilməlidir. Bunun üçün Azərbaycanın xüsusi xidmət orqanlarına səlahiyyət verilməlidir. Kimsə deyə bilər ki, bəs elə bu qurumlar qeyri-qanuni olaraq bu işi həyata keçirir. Onsuz da budünyada mübahisəsiz qəbul olunan məsələdir. Amma bununla belə xüsusi xidmət orqanları belə bir qurum yaratması ilə bağlı biz onların hüquqlarını tanımalıyıq. Əks təqdridə bu istiqamətdə aparılan işlərdə müəyyən çətinliklər olacaq.”