adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

iŞIQSIZ DüNYA

VƏSİLƏ USUBOVA
26358 | 2007-11-24 07:24
...Uşaqlıqda nağıllara çox inanırdım. İnanırdım ki, Ağ atlı oğlan adlanan birisi çətin Günlərdə dada yetir, hansı padşahınsa bağında şəfaverici almalar yetişir, hardasa Gecələr su pəriləri qayalara çıxıb Ay işığında qızılı saçlarını darayırlar. Qaranlıq dünyaların, adamları belində işıqlı dünyaya çıxaran Ağ qoçun varlığına inanırdım. Böyüdükcə yaşadığım aləmin də iki rənGdə olduğunu anladım.Dindarlardan eşitdim ki, hələ yaşadığımız dünyadan ayrı " o biri dünya" da varmış. Bu dünyaların arasında çaş-baş qalanda böyüklərin bir sözü daha çox ağlıma batdı: "Cənnət də, cəhənnəm də bu dünyadadı". Behiştin dünyamızın harasında olduğunu deyə bilmərəm, amma mən cəhənnəmi lap çoxdan özüm üçün kəşf eləmişəm...
   
   Adamlar düşünüb-daşınmağı öyrənən Gündən ən ağıllıları ədalətli qanunlar yaratdılar. Yaratdılar ki, nahaq haqqı, əyri düzü üstələməsin, Güclü Gücsüzü əzməsin. Əyriləri, oğruları, başkəsənləri, qantökənləri sakit adamların başından eləmək üçün dustaqxanalar yaratdılar. Ancaq qanunların icrası naşı əllərə tapşırılmışdı. Nəticədə dustaqxanalar haqq-nahaq ağzına kimi dolduruldu...
   
   Mənə Görə dustaqxanalar yer üzünün cəhənnəmidi...
   
   Dedektiv ədəbiyyatı sevmirəm. Orta məktəbdə "Brilyant məsələsi", "Qara volqa" romanlarını oxuyanda nə qədər əzab çəkdiyimi indi də xatırlayıram. O zaman mənə aydın olmuşdu ki, bu dünyada oğrulardan və canilərdən ibarət bir dünya da var. Romanı oxuyanda sanki o "qaranlıq" dünyaya düşürdüm. Kitabı örtəndə elə bilirdim işıqlı dünyaya çıxdım; ətrafdakılar mənə mələk kimi Görünürdülər. Zövqlə oxuduğum yeGanə dedektiv əsər "Baskervillərin iti" romanıdı. Əsərdəki Gözəl xəfiyyə obrazına Görə xoşlamışdım o əsəri. Bu Gün də kriminal yazıları oxumur, verilişlərə baxmıram. Ovqatımı korlayır...
   
   İnsanın dustaq olmasına dözə bilmirəm. Tələbəlikdə Şirvanşahlar sarayına Getmişdik. Orada ilk dəfə zindan Gördüm və bu zindanda dayanıb divarın lap yuxarısındakı kiçik nəfəslikdən Görünən bir parça tərtəmiz Göyə xeyli baxdım. İşıqlı dünyaya... Adamı bu zindandan işıqlı dünyaya çıxarmağa heç bir Ağ qoçun hünəri çatmazdı məncə...
   
   
   
   ***
   
   
   
   ...Televizoru Gec yandırmışdım. Saçları tamam ağarmış kişi sazın müşayiəti ilə muğamat oxuyurdu. Yanıqlı səsində peşəkarlıqdan başqa hər şey vardı: kədər, həsrət, peşmançılıq... Sonuncunu onun dustaq olduğunu biləndən sonra anladım. Elə bil demək istəyirdi ki, biz yaşadığımız işıqlı, təmiz havalı, ətirli dünyanın qədrini bilmədik, əyri yollara baş qoşduq. İndi budur, cəzamızı çəkirik. İstədiyimiz yerə Gedə bilmir, doğmalarımızın, əzizlərimizin üzünü Görmürük. Amandır, bizim səhvlərimizi təkrar eləməyin, nə qədər azadlıqdasınız, bunun qədrini bilin. Bu azadlığın şirinliyini indi bizim qədər bilən yoxdu...

TƏQVİM / ARXİV