adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Oktyabr 2014 16:44
4517
MƏMLƏKƏT
A- A+

DİN-in Polis Akademiyasında beynəlxalq konfrans keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirilib.

DİN-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, qloballaşma şəraitində cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə DİN-nin Polis Akademiyasında "Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda bir çox xarici ölkələrin və Azərbaycanın tanınmış hüquqşünas alimlərinin, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının məzmunlu araşdırmaları və təklifləri ilə zəngin olan çıxışları dinlənilib.

Konfransda çıxış edən DİN Polis Akademiyasının rəisi, polis general-mayoru, Nazim Əliyev bildirib ki, ictimai münasibətlərin qloballaşma şəraitində sürətli inkişafı cinayətlərin yeni növlərinin yaranmasına, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyinə təkan verir. Bu səbəbdən mürəkkəb və ziddiyyətli məzmuna malik qloballaşma prosesi cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.

Daha sonra xarici ölkələri təmsil edən qonaqlarla Azərbaycanın hüquqşünas alimləri arasında fikir mübadiləsi və diskussiyalar aparılıb.

Qedy edək ki, tədbirdə Rusiya, Türkiyə, Ukrayna, Belarus, Moldova və Tacikistan Daxili İşlər Nazirliklərinin, eləcə də aidiyyəti təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.

Konfransa həmçinin ölkəmizin hüquqşünas alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə, Gömrük, Dövlət İdarəçilik, Milli Aviasiya Akademiyalarının, Qafqaz Universitetinin, Baş Prokurorluğun və daxili işlər orqanlarının nümayəndələri də qatılıblar.