adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Oktyabr 2014 16:19
5637
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan və Özbəkistanın birgə konserti keçiriləcək

Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və drijor, xalq artisti Yalçın Adıgözəlov oktyabrın 26-da Özbəkistan Dövlət Konservatoriyasında çıxış edəcəklər. Adalet.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, onları Özbəkistan Milli Simfonik Orkestri müşayiət edəcək. 

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə təşkil olunacaq dostluq konserti Azərbaycan və Özbəkistanın müstəqilliklərinin əldə etmələrinin 23-cü ildönümünə həsr olunacaq. Konsertdə Özbəkistanın dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarının iştirakı planlaşdırılır. 

Konsert proqramında Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürası, Soltan Hacıbəyovun "Karvan" simfonik əsəri, Qara Qarayevin "Yeddi gözəl" baletindən süita, Fikrət Əmirovun Azərbaycan kapriççiosu və başqa məşhur əsərlər ifa olunacaqdır. Konsert proqramında azərbaycanlı musiqi ustaları Azərbaycan əsərləri ilə yanaşı "İstədim" Özbək vokal simfonik əsərini Özbəkistanın xalq artisti Əvəz Rəcəbovla birgə ifa edəcəklər.