adalet.az header logo
  • Bakı 17°C
24 Oktyabr 2014 15:58
79621
MODA
A- A+

“Ağ atlı şahzadə” varmış...

Hər bir gənc qadının səbirsizliklə yolunu gözlədiyi "Ağ atlı şahzadə” bəzən bu gözləntiləri boşa çıxarsa da, gəlib mənzil başına çıxdığı da olurmuş. Belə ki, keçmiş modellərdən olan 29 yaşlı Sofiya Helkvist isveç şahzadəsinin qəlbinə girməyi bacarıb. 35 yaşlı şahzadə Karl Filipp kralın yeganə oğludur. Hazırda yoqa mütəxəssisi olan Sofiya növbəti mərhələ olaraq isə münasibətlərini rəsmiləşdirməyə hazırlaşır. 

Rusiya mətbuatı cütlüyün toyunun 2015-ci ilin yayında olacağını yazır. Üstəlik, toy mərasimi Stokholmdakı kral sarayında, təntənəli şəkildə baş tutacaq.  

O da bildirilir ki, kral ailəsi bu gəlini istəmirmiş. Çünki Sofiya model kimi çalışdığı vaxtlarda kişi jurnalları üçün çılpaq şəkillər çəkdirirdi. Axı "yazıq" qız hardan biləydi ki, 5 ildən sonra şahzadəyə ərə gedəcək?!