adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Oktyabr 2014 15:44
3938
SİYASƏT
A- A+

Parlament büdcənin müzakirəsinə noyabrda baxacaq

Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılma vaxtları məlum olub.

Parlamentdən Adalet.az-a verilən məlumata görə, büdcə zərfi İqtisadi siyasət komitəsi başda olmaqla komitələrin birgə iclasına 4, 5 və 6 noyabrda, komitələrin müzakirəsindən keçəcəyi təqdirdə isə noyabrın 18, 19, 20 və 21-də plenar iclasda müzakirəyə çıxarılacaq.

Büdcə zərfinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.