adalet.az header logo
  • Bakı 19°C
24 Oktyabr 2014 15:40
2999
GÜNDƏM
A- A+

Azərbaycanda yeni səfirlik açılacaq

Qırğızıstanın Azərbaycanda səfirliyi açılacaq.

Apa-nın Qırğızıstan mətbuatına istinadən verdiyi məlumata görə, Qırğızıstan prezidenti Almazbek Atambayev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, səfirliyin açılmasında məqsəd Qırğızıstanın Azərbaycanla siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdəki əlaqələrini daha da inkişaf etdirməkdir.

A. Atambayev Qırğızıstan hökumətinə bir ay ərzində səfirliyin fəaliyyəti ilə əlaqədar təşkilati və maliyyə xarakterli məsələləri həll etmək tapşırıb.