adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Oktyabr 2014 14:53
2929
GÜNDƏM
A- A+

Obama azərbaycanlı məktəbli ilə görüşəcək

Amerikada yaşayan 15 yaşlıazərbaycanlı məktəbli MəhəmmədUğurölkə üzrəkeçirilən milli"Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biridir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu yaxınlarda müsabiqənin qalibi olmuş30 məktəblinin adları açıqlanıb. Yarışmanın final mərhələsi oktyabrın 24-29-da Vaşinqtonda keçiriləcək. Qalibi 75 min ABŞ dolları həcmində mükafat gözləyir.MəktəblilərAğ Evdə ABŞ prezidentiBarak Obama ilə görüşəcək və öz işləri barədə təqdimat edəcəklər.

MəhəmmədUğur Florida ştatının Melburn şəhərində IX sinifdə oxuyur.Onun atası Uğur AbdullaFlorida Texnologiya Universitetində riyaziyyat kafedrasının müdiri, professordur. O, Bakı Dövlət Universitetinin məzunudur.Məhəmmədinbiotibb mühəndisliyi, deterministik və statistik analiz nominasiyası üzrə müsabiqəyə təqdim olunmuş tədqiqat işiriyaziyyatın tibbdə tətbiqi ilə bağlıdır. O, riyazi metodlardan istifadə etməklə ürək-damar xəstəliklərinin dəqiq diaqnozunu hazırlayıb.Məhəmməd təhsillə yanaşı, idmanda da böyük uğurlar qazanıb. O, Amerika futbolu ilə də maraqlanır.

"Broadcom Masters" Amerikada orta məktəb şagirdləri üçün ən nüfuzlu elmmüsabiqəsihesab olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri novator tədqiqat işləriən nüfuzlu alimlər tərəfindən qiymətləndirilir. "Broadcom Fond"u tərəfindən maliyyələşdirilən müsabiqə 2010-cu ildən keçirilir. Orta məktəb şagirdlərinin elm və mühəndislik sahəsində qabiliyyətlərinin stimullaşdırılması üçün fond 6 milyon dollar vəsait ayırıb. Finalçılar (12 qız, 18 oğlan)ölkənin 13 ştatından olan 29 məktəbi təmsil edirlər. Onlar 300 yarımfinalçıarasından seçiliblər. Müsabiqədə ümumilikdə 2054 şagird iştirak edib.